Azərbaycanda bu şəhər və rayonların icra başçısı yoxdur

Xəbər verdiyimiz kimi, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ötən gün Prezident İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən azad edilib. Onun yerinə isə təyinat olmayıb.

"DogruXeber.tv"nin məlumatına görə, bununla da Azərbaycanda başçının olmadığı icra hakimiyyətlərinin sayı 6-ya çatıb. Belə ki, hazırda 1 şəhər və 5 rayonun icra başçısı yoxdur.

2023-cü il avqustun 31-də Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev vəzifəsindən azad olunub. İki ildən çoxdur Culfa rayonuna icra başçısı təyin edilməyib.

2025-ci ilin 12 noyabr tarixində Orxan Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. O.Mürsəlov 2022-ci ilin avqust ayında Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi. Hazırda Gədəbəy rayonunun icra başçısı vəzifəsi boşdur.

Elə həmin gün - 2025-ci il noyabrın 12-də Vüqar Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. V.Novruzov 2019-cu ilin dekabrında Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu. Hələlik onun yerinə təyinat yoxdur.

Paytaxtın Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov ötən il dekabrın 29-da vəzifəsindən azad olunub. O, həmin ilin noyabrın 12-də bu vəzifəyə təyin edilmişdi. E.İbrahimov cəmi 47 gün Nəsimi rayonunun icra başçısı postunda qala bildi. Onun işdən çıxarılması geniş rezonans doğurmuşdu.

Ağdərə rayonunun da icra başçısı yoxdur. Belə ki, 2023-cü ilin dekabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Ağdərə Rayon İcra Hakimiyyəti yaradılıb. Hələlik başçı vəzifəsinə təyinat olmayıb.//unikal

Son xəbərlər

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

Bütün xəbərlər