gundem / iqtisadiyyat / Səhiyyə / Manşet
3.02.2026
Nazirlik tender keçirmədən bu xidmətə 170 min xərcləyəcək
Səhiyyə Nazirliyi mərkəzləşdirilmiş laboratoriya məlumat sisteminə əlavə funksionallıqların tətbiqi və laboratoriya cihazları ilə inteqrasiyaların genişləndirilməsi xidmətinə 169 150 AZN sərf edəcək.
"DogruXeer.tv"nin Pravda.az-a istinad xəbərinə görə, xidməti “Medsys” MMC həyata keçirəcək.
Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Şirkətin rəhbəri Emil Yaşar oğlu Hüseynovdur.



