Azərbaycanda yaşayan ermənilər hansı bölgələrdə qalır – STATİSTİKA

Azərbaycanda ümumilikdə 178 erməni yaşayır. Bu rəqəmlər əhalinin sonuncu siyahıyaalınmasının nəticələrinə əsaslanır. Onlardan 55-i kişi, 123-ü qadındır. Etnik ermənilərin 109-u şəhər, 69-u isə kənd əhalisi kimi qeydiyyata alınıb.

Yaş bölgüsünə görə, ölkədə yaşayan ən gənc ermənilər 30–34 yaş aralığındadır. Bu kateqoriyada 14 nəfər Azərbaycan vətəndaşı kimi qeydiyyatda olub. Ən çoxsaylı yaş qrupu isə 60–65 yaş aralığıdır – bu yaşda 25 erməni qeydə alınıb. Bundan əlavə, ölkə ərazisində 90–94 yaş aralığında olan 4 erməni də yaşayır.

"DogruXeber.tv" xəbər verir ki, modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ən çox erməni Bakı şəhərində məskunlaşıb. Paytaxtda 74 erməni yaşayır ki, onların 20-si kişi, 54-ü qadındır.

Bakıdan sonra ermənilərin ən çox yaşadığı rayon Şəmkirdir. Burada 38 erməni qeydə alınıb; onlardan 13-ü kişi, 25-i qadındır. Samux rayonunda 10, Abşeronda isə 8 erməni yaşayır.

Əhalisinin sayına görə Azərbaycanın ən böyük şəhəri olan Sumqayıtda 4, üçüncü böyük şəhər Gəncədə isə 1 erməni məskunlaşıb. Mingəçevir şəhərində 2 erməni yaşayır. Ermənilərin nisbətən çox məskunlaşdığı ərazilərdən biri də Abşeron rayonudur – burada 8 erməni qeydə alınıb.

Naxçıvan Muxtar Respublikasında isə ümumilikdə 5 erməni yaşayır.

Bundan başqa, Şamaxıda 5, Şabranda 4, Qəbələdə 3, İsmayıllıda 2, eləcə də Daşkəsən və Göygöl rayonlarında erməni əsilli şəxslər məskunlaşıb.

Qarabağ və Şərqi Zəngəzur bölgələrinə gəldikdə isə, bu ərazilərdə qeydiyyatda olan və Azərbaycan vətəndaşlığını qəbul etmiş ümumilikdə 7 erməni var. Onlardan 1 nəfər Ağdamda, 1 nəfər Ağcabədidə, 1 nəfər Tərtərdə, 1 nəfər Kəlbəcərdə, 3 nəfər isə Bərdədə qeydiyyatdadır.

Bundan əlavə, Goranboy, Ağstafa, Qazax, Tovuz, Xaçmaz, Siyəzən, Lənkəran və Oğuz rayonlarında da hər birində 1 nəfər olmaqla, etnik mənsubiyyəti erməni olan şəxslər yaşayır.

Xatırladaq ki, Azərbaycanda sonuncu siyahıyaalma 2019-cu ildə keçirilib. Proses hər 10 ildən bir keçirildiyi üçün növbəti siyahıyaalma 2029-cu ildə baş tutacaq.

Son xəbərlər

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Tramp ABŞ-nin NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb

Hörmüz boğazını İran idarə edəcək - Qalibaf

Qızıl və gümüş ucuzlaşdı

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Bütün xəbərlər