Bakıda şirkət rəhbəri işçiləri “blok”a atdı

DogruXeber.tv: - Azərbaycanda fəaliyyət göstərən “Qərb F2-05” MMC-nin bir qrup işçisi əmək hüquqlarının pozulması, maaşların ödənilməməsi və qeyri-insani iş şəraiti ilə bağlı şikayət ediblər. Məsələ artıq məhkəmə müstəvisinə keçib.

Tribuna.az xəbər verir ki, şikayətçi Ramil Əmirovun sözlərinə görə, şirkətin icraçı rəhbəri Namiq Qasımov işçilərə aylıq 1 800 manat əməkhaqqı vəd etsə də, reallıqda onları həm maddi, həm də mənəvi baxımdan çətin vəziyyətdə qoyub:

“Maaşın bir hissəsi “paket” şəklində vəd olunmuşdu”.

Şikayətçi bildirir ki, işə qəbul zamanı əməkhaqqının yalnız 626 manatının rəsmi (kart vasitəsilə), qalan hissəsinin isə əlbəəl veriləcəyi deyilib:

“Avqustun 5-dən müqavilə ilə işə başladıq. Bizi Ağdərənin dağlarına metal yığımına aparırdılar. Səhər saat 9-dan gecə saatlarına qədər ac-susuz işləyirdik. Maaş istəyəndə isə bizi hədələdilər: “Kim şikayət etsə, pulu verilməyəcək” dedilər və hamımızı “blok”a atdılar”.

Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətindən verilən məlumata görə, vətəndaş Ramil Əmirovun müraciəti Abşeron-Xızı regional şöbəsində araşdırılıb. Aparılan araşdırmalar nəticəsində, işçilərin əmək hüquqlarının pozulması ilə bağlı sənədlərin vaxtında təqdim edilmədiyi məlum olub. Məsul şəxslər haqqında qanunvericiliyə uyğun tədbirlər görülüb və məsələnin məhkəməyə göndərilməsi qərara alınıb.

Qurumdan bir daha xatırladılıb ki, qanunvericiliyə əsasən işçilərin əməkhaqqı vaxtında və tam ödənilməlidir. Bu tələblərin pozulması işəgötürən üçün ciddi inzibati və hüquqi məsuliyyət yaradır.

“Qərb F2-05” MMC-nin rəhbərliyi ilə əlaqə saxlamaq cəhdləri isə nəticəsiz qalıb. (Baku TV)

Son xəbərlər

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Kanoeçimiz Avropa ikincisi olub

Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası -VİDEO

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Bütün xəbərlər