Vüsal Aslanov “Bakı Metropoliteni”ni idarə edə bilmir? - Keyfiyyətsiz ehtiyyat hissələri və...

Son aylarda Bakı Metropolitenində sərnişinlər ardıcıl texniki nasazlıqların şahidi olurlar. Bugün baş verən tüstülənmə və qatarların dayanması hadisələri, metropolitenin işindəki sistemli çatışmazlıqları bir daha ortaya çıxardı.

"DogruXeber.tv" Bizimesr.com-a istinadən bildirir ki, Bakı Metropoliteninin vaqon parkı demək olar ki, tamamilə yenilənib.

Özlərinin açıqlamalarına görə, yeni vaqonlar müasir standartlara cavab verir, sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün nəzərdə tutulub. Lakin bu vaqonların texniki vəziyyəti yalnız vaqonun özü ilə ölçülmür, onların təhlükəsiz və fasiləsiz işləməsi üçün ehtiyat hissələrinin keyfiyyəti və vaxtında dəyişdirilməsi həyati əhəmiyyət daşıyır.

Zaman-zaman metropoliten işçilərindən bizimesr.com-a daxi olan məlumatlarda qeyd olunur ki, təmir zamanı daha ucuz və orijinal olmayan ehtiyat hissələrindən istifadə edilir. Bu isə, hətta yeni və müasir vaqonlarda belə, qısa müddətdə texniki nasazlıqlara səbəb olur. Sistemli təmir və texniki baxışların vaxtında aparılmaması isə problemi daha da dərinləşdirir.

Bu gün metronun “Azadlıq prospekti” stansiyasında qatar texniki nasazlıq səbəbindən sərnişinlərdən boşaldılıb. Daha sonra “Nəriman Nərimanov” stansiyasında qatarda tüstülənmə baş verib. Bakı Metropoliteni QSC-nin açıqlamasına görə, qatarlar depoya göndərilib və xəttə əvəzləyici qatar buraxılıb. Bir neçə saat ərzində 2 hadisə problemlərin sürətlə başladığını açıəq göstərir.

Sistemli təhlillər göstərir ki, problem təkcə bu günün hadisələri ilə bitmir. Əvvəllər də müxtəlif stansiyalarda qatarların dayanması, texniki nasazlıqlar və sərnişinlərin təxliyəsi halları baş verib. Bunlar göstərir ki, metro rəhbərliyi yalnız müasir vaqon almaqla məsələni həll edə bilmir. Texniki xidmətin keyfiyyəti, ehtiyat hissələrinin orijinallığı və vaxtında dəyişdirilməsi olmadan, bu cür hadisələr təkrarlanacaq.

Qeyd edək ki, Bakı Metropoliteni”nin yeni rəisi Vüsal Aslanovdur. Onun metronu biznes obyektinə çevirməsi ilə bağlı ötən günlərdə məlumat verimişdik. Qurum isə hələ də susur. //Bizimesr.com

Son xəbərlər

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Bütün xəbərlər