Adnan Əhmədzadənin adamları “Kəpəz”in büdcəsini talayıblar

DogruXeber.tv: - Milli Məclisin Gəncədən seçilmiş deputatı Müşfiq Cəfərov “Kəpəz”in hazırkı durumu ilə bağlı yazı paylaşıb.

Cəfərov klubun hazırkı rəhbərliyinə ittihamlar səsləndirib.

“Kəpəz” Peşəkar Futbol Klubunun inkişafı üçün Gəncədə dövlətimiz və dövlət başçımız tərəfindən həyata keçirilən, demək olar ki, bütün infrastruktur layihələri yekunlaşıb. Bir tək əsas stadionun ot örtüyü qalıb ki, o da yaxın zamanlarda tamamlanacaq və komanda öz oyunlarını doğma şəhərində keçirəcək. Bu, işin bir tərəfi!

Gəldik “Kəpəz”in sponsor məsələsinə. 1 il öncə klubun İdarə Heyəti olaraq sponsor axtarışında idik. Adil Vəliyev adlı şəxsdən təklif gəldi. Düzü, tanıdığım birisi deyildi, dedilər Adnan Əhmədzadənin (o zaman dövlətə qarşı iqtisadi xəyanətdə ittiham edilib DTX tərəfindən həbs olunmamışdı) işlərini aparır. Əhmədzadənin o zaman “Mingəçevir” Futbol Klubunu himayəçiliyinə götürmək niyyəti var idi. Vəliyevlə “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri bir neçə dəfə görüş keçirdi. İdarə Heyətinin hər bir üzvünü inandırdı ki, klub üçün hər şey daha yaxşı olacaq. Bizim istəyimiz isə o idi ki, nə olursa olsun, bir tək “Kəpəz” irəli getsin. Futbolda sponsor yoxdursa, klubun liqada qalma şansı belə azdır. Nəzərə alsaq ki, Gəncə şəhər stadionunda “Kəpəz” üçün dövlət elə bir şərait yaradıb ki, açığı, heç ölkənin aparıcı klubu olan “Qarabağ”da bu şərait yoxdur.

Necə deyərlər, biz “hə” dedik! Klubun rəhbərliyi dəyişdirildi, kölgəyə çəkilən Adil Vəliyev sanki əvvəlcədən hadisələri planlayırmış kimi, nüfuzlu iş adamı Namiq Qədirovu irəli verib onun sədr olmasını istədi. Namiq müəllim ilk gündən xoş təəssürat yaratdığından onun kluba daha çox kömək edə biləcəyinə inandıq. Amma Qədirovun “Kəpəz”də qalması çox çəkmədi. Vəliyevin ən yaxın adamları, qohumu Erkin İbrahimov və dostu Fərman Əlizadə Namiq müəllimi plan qurub klubdan uzaqlaşdırdılar.

Bununla bitmədi. Kluba ən çətin günlərində dəstək olmuş, hec vaxt “Kəpəz”i yarıyolda buraxmayan insanların da komandadan çıxarılması prosesinə start verildi. İllərlə Gəncə təmsilçisinə xidmət edənlər bir-bir yola salındı. Klub idarəçilikdən zəiflədildi. Son nəticədə Adil Vəliyev özü sədr olub klubu tək idarə etməyə başladı.(Bizimesr.az)

Son xəbərlər

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Tramp ABŞ-nin NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb

Bütün xəbərlər