GDU-da əməkhaqqı oyunbazlığı... - BU NƏDİ BELƏ?

"Hörmətli cənab nazir, Gəncə Dövlət Universitetində uzun müddətdir davam edən ciddi qanunsuzluqlar, maliyyə pozuntuları və idarəetmədə baş verən özbaşınalıqlarla bağlı Sizə müraciət etmək məcburiyyətində qalmışıq..."

"DogruXeber.tv" "DİA-AZ"a istinadən xəbər verir ki, bu sözlər Gəncə Dövlət Universitetinin bir qrup əməkdaşı adından Elm və Təhsil naziri Emin Əmrullayevə ünvanlanmış müraciətdə yer alıb.

Müraciətdə daha sonra deyilir: "Universitetin rektoru Yusif Yusibovun rəhbərliyi dövründə professor-müəllim heyətinin əmək haqlarının hesablanması və ödənilməsi sahəsində davamlı və sistemli problemlər mövcuddur. Əməkdaşların əmək haqları stabil deyil və demək olar ki, hər ay fərqli məbləğdə maaş alırlar.

Dəfələrlə əmək haqlarının səhv hesablanması halları baş vermişdir. Bəzi əməkdaşlara ümumiyyətlə maaş yazılmamış, bəzi əməkdaşlara isə aldıqları məbləğdən dəfələrlə artıq əmək haqqı hesablanmışdır. Bu cür hallar bir dəfə deyil, mütəmadi olaraq təkrarlanır və kollektiv arasında ciddi narazılıq yaradır.

Ən narahatedici məqamlardan biri isə odur ki, bu kimi maliyyə pozuntuları hətta Akkreditasiya Komissiyasının universitetdə yoxlama apardığı günlərdə belə baş vermişdir. Sonradan isə rektorun göstərişi ilə dekan və kafedra müdirlərinə təzyiq göstərilərək artıq yazılmış məbləğlərin əməkdaşlardan nağd şəkildə geri toplanması tələb olunmuşdur.

Bütün bu proseslərə görə məsuliyyət daşımalı olan baş mühasib Teyyub müəllim və onun müavini Rəvan (baş mühasibin bacısı oğludur) barədə indiyədək heç bir intizam tədbiri görülməmişdir. Bu isə universitetdə maliyyə məsələlərinin qohumbazlıq və şəxsi maraqlar əsasında idarə olunduğu barədə ciddi şübhələr yaradır.

Digər ciddi məsələ isə İlqar Kubışevlə bağlıdır. İlqar Kubışev rektorun qəbuluna gələn əməkdaşların və vətəndaşların qəbuluna mane olur, onları rektorun yanına buraxmır və faktiki olaraq qəbul prosesinə özbaşına nəzarət edir. Bu isə universitetdə açıq şəkildə özbaşınalığın hökm sürdüyünü göstərir..."

MÜRACİƏTİN DAVAMI NÖVBƏTİ YAZIDA....

Son xəbərlər

Ukrayna zərbələri Rusiyada məhkəmə predmetinə çevrilir

Göygöldə mikroavtobus aşdı, yaralılar var

Azərbaycanda vəzifəli şəxs vəfat etdi

İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi

NATO Baş katibi iyunun 24-də Trampla Ağ evdə görüşəcək

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Bütün xəbərlər