Azərbaycanda bu hallarda sığorta ödənişi bir həftəyə veriləcək


Azərbaycanda sığorta şirkətləri fövqəladə hallarda dəyən zərəri 7 gün ərzində kompensasiya edəcək.

DogruXeber.tv: xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov ATV-nin "İqtisadi zona" verilişinin efirində bildirib.

"Əgər sığorta hadisəsi böyük, kütləvi, dağıdıcı təsirlərlə nəticələnmişdirsə, artıq bunun bəlli bir kriteriya halı kimi qeyd olunması nəzərdə tutulub. Yəni məsələn, fövqəladə hal kimi nəzərdən keçirilə bilər. Bu halda müvafiq icra hakimiyyəti orqanı sırf sığorta hadisəsinin təsirini ölçəcək və bəlli kriteriyalar daxilində elektron üsullarla sığorta şirkətinə, İcbari Sığorta Bürosu vasitəsilə məlumat ötürəcək. Məsələn, bəlli bir əmlakın hansısa hissəsinə ziyan dəyib və yaxud da tam zərər dəyib, həmin orqanın göndərdiyi məlumat əsasında da sığorta şirkəti 7 iş günü ərzində sığortalının özünə ən yaxın bank vasitəsilə təzminat ödəyəcək".

AMB rəsmisi həmçinin qeyd edib ki, sığortalama prosesində daha çox elektron üsullardan istifadə olunması nəzərdə tutulur: "Biz daha çox katastrofik risklərin (zəlzələ, təbii fəlakətlər, sel və digər məsələlərdə) əhatə dairəsinin daha genişləndirilməsi istiqamətində və sığorta məbləğlərinin artırılması istiqamətində addımlarımızı atdıq. Bunun üçün xüsusi layihə də hazırladıq. Azərbaycan üzrə sığorta sahəsində ilk dəfə olaraq modelləşmə həyata keçirildi, zəlzələ üzrə risk xəritələri müəyyənləşdirildi. Artıq buna uyğun olaraq ölkə ərazisində baş verə biləcək sığorta hadisəsi üzrə qiymətləndirmə bu modelləşmə əsasında həyata keçiriləcək"./unikal

Son xəbərlər

Ukrayna zərbələri Rusiyada məhkəmə predmetinə çevrilir

Göygöldə mikroavtobus aşdı, yaralılar var

Azərbaycanda vəzifəli şəxs vəfat etdi

İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi

NATO Baş katibi iyunun 24-də Trampla Ağ evdə görüşəcək

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Bütün xəbərlər