Bakıda hiyləgər telefon oğrusu ələ keçdi – VİDEO











Bakıda vətəndaşların qiymətli mobil telefonlarını mənimsəyən şəxs saxlanılıb.

Nərimanov Rayon Polis İdarəsinə Ağdaş rayon sakini Əliyusif İsmayılov müraciət edərək bildirib ki, bir neçə gün əvvəl onlayn alış-veriş saytlarında özünə məxsus “İPhone 8” markalı mobil telefonu satmaq istəməsi barədə elan yerləşdirib.

Bundan sonra bir nəfər tanımadığı şəxs onunla əlaqə saxlayaraq həmin telefonu almaq istədiyini bildirib. Nərimanov rayonunda yerləşən marketlərdən birinin qarşısında görüşəndən sonra həmin şəxs yaxın qohumunun bu obyektdə işlədiyini və telefonu onun üçün almaq istədiyini bildirib.

Zərərçəkəndən telefonu qohumuna göstərmək adı ilə alan həmin şəxs marketə daxil olub və obyektin arxa qapısından çıxaraq hadisə yerindən uzaqlaşıb.

“İki günün telefonu idi. Zəng vurdu ki, Sumqayıtda qalıram, gəl Nərimanovda görüşək. 1100 manata danışdım qiymətini. Dedi ki, yolum uzaqdır Sabunçuya gələ bilməyəcəm. Getdim Nərimanova. Yoldaşım yaxınlıqdakı marketdə işləyir dedi. Gedək ona göstərim. Mən də bilmədim həmin marketin arxa qapısı var. Qabaq qapıdan girdi, arxa qapıdan qaçdı. Girdim marketə. Qızlar soruşdu nə baş verir? Dedim ki, telefonum getdi, “İPhone 8”, - deyə, zərərçəkən Əliyusif İsmayılov bildirib.

Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən dələduzluq cinayətini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Altay Ağamalıyev saxlanılıb.

Saxlanılan şəxsin ətrafında aparılan əlavə tədbirlərlə onun eyni üsulla daha 5 nəfərə məxsus “İPhone 7”, “İPhone 8” və “İPhone X” kimi qiymətli mobil telefonları ələ keçirdiyi məlum olub.

A.Ağamalıyev həmin telefonlardan 5-ni paytaxtın müxtəlif nöqtələrində yerləşən telefon alqı-satqısı mağazalarında satıb.

Digər telefonu isə saxlanılana qədər özü istifadə edib. Saxlanılan şəxsin dələduzluqla əldə etdiyi mobil telefonlardan bir neçəsinin yeri polislər tərəfindən müəyyən edilərək maddi sübut kimi götürülüb.

“Elanlardan nömrələr götürüb, telefon sahibləri ilə danışıb telefonu aldadıb almışam, pulunu verməmişəm. 6 nəfərə eyni hərəkəti etmişəm. Marketə görsətmək adı ilə girirdim. Qabaq qapıdan girib arxa qapıdan çıxırdım”, - deyə, saxlanılan şəxs bildirib.

Qeyd edilən faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Altay Ağamalıyevin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir.

Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nərimanov Rayon Polis İdarəsi, eləcə də 18-ci Polis Bölməsinə müraciət edə bilərlər./ARB TV

Son xəbərlər

Deputatlar yekdilliklə dəstəklədilər: Parlament buraxılır

Merts: Ukraynada müharibəni dayandırmağın iki yolu var

Karapetyana qarşı iş açıldı

Almaniyada yoxsulluq zirvəyə çatdı

“Ayaks” ispaniyalı baş məşqçi ilə anlaşdı

Azərbaycan Mərkəzi Bankının rəhbərliyinin əmək haqqı xərcləri 45 % artıb

Özbəkistan və Finlandiya rəqəmsal nəqliyyat və ağıllı mobillik sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Bakıdan Türkiyəyə qatarla gediş-gəliş başladı

Bazarda şok qiymət artımı: Mühərrik yağları 30 faiz bahalaşdı

"Ermənistanı Ukraynanın taleyi gözləyir" - Volodindən XƏBƏRDARLIQ

“AzerGold” QSC Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göygöl və Daşkəsəndə səyyar tamaşalar təşkil edib

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

Sabah hava necə olacaq?

Ermənistan-Türkiyə yaxınlaşması regionda güc balansını belə dəyişəcək: Rusiya və İran...

Azərbaycanla dəmir yolunun açılması ilə bağlı Gürcüstandan açıqlama

Xətai rayonunda 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar konsert proqramı təşkil olunub+VİDEO

Tramp İsrail və Hizbullahın Livana hücumunu dayandırmaq barədə razılığa gəldiyini bildirib

Müqavimət göstərən sürücü saxlanıldı

Abşeronda Uşaqların Beynəlxalq Müdafiəsi Günü şəhid övladları ilə birgə qeyd edilib

“Nar” gənclərin təhsilinə dəstək olmağa davam edir

Netanyahu ilə danışdıqdan sonra Tramp İsrail qoşunlarının Beyruta getməyəcəyini bildirib

Küveyt İrana xəbərdarlıq etdi

Saakaşvilidən müharibə xəbərdarlığı: Bakı buna icazə verməyəcək

Prezident İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək

Bakıda evdən 6 min dollar oğurlayan usta saxlanıldı

Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Prezident Qurban Qurbanovu təltif etdi

Qubanın 3 kəndinin adı dəyişdirildi

Yaşla əlaqəli beyin iltihabının müalicəsi tapıldı

Bütün xəbərlər