gundem
4.02.2018
Bəkir Bozdağ ABŞ hərbçilərinə xəbərdarlıq etdi

Türkiyə Baş nazirinin müavini və hökumətin spikeri Bəkir Bozdağ fevralın 4-də bəyan edib ki, kürd “Xalq özünümüdafiə qüvvələri” dəstələrinin formalarını geyinmiş amerikalı hərbçilər türk ordusunun hədəfinə çevrilə bilərlər,
“Kürd qüvvələri Manbicdən getməsələr, biz Suriyanın bu şəhərinə girəcək, hətta Fəratdan şərqə də keçəcəyik, - deyə, o bildirib. – Kürd qüvvələrinin formasını geyinmiş ABŞ hərbçiləri də hədəfimizdir”.
Bozdağın sözlərinə görə, “Zeytun budağı” əməliyyatının keçirildiyi 16 gün ərzində Suriyanın Afrin əyalətində 932 terrorçu məhv edilib”/Türkiyə KİV-ə


