14 yaşlı qızın müəllimi tərəfindən qaçırılmasının ŞOK TƏFƏRRÜATI - Goranboyda













Goranboy rayonunda 14 yaşlı qızın Oruc adlı rəqs müəllimi tərəfindən qaçırılmasının təfərrüatı məlum olub. "Səni axtarıram” verilişində səsləndirilən fikirlərə görə, 14 yaşlı qızı qaçıran müəllim onu zorlayıb. Qız Orucun onu rəqs dərsləri keçdiyi məkanın zirzəmisində saxladığını qeyd edib.

Eslən Gəncə şəhərindən olan Oruc adlı şəxs bir neçə il əvvəl Xoylu kəndinə gələrək rəqs dərnəyi açıb. Məktəbdən kənarda fəaliyyət göstərən dərnək qısa zamanda uşaqların marağına səbəb olub və məktəbyaşlı uşaqların əksəriyyəti orada rəqs öyrənib. Bir müddət sonra isə uşaqlar müəllimin davranışlarından narazı qalıblar. Uşaqlar müəllimin onlara qarşı kobud davrandığını deyiblər. Rəqs müəlliminin ümumi davranışları və uşaqların şikayətlərindən sonra kənd sakinlərinin Oruca münasibəti dəyişib. O, rəqs dərnəyini bağlamalı olub. Oruc sakinlər tərəfindən kənddən qovulub, həmin ildən sonra bir də onu kənd ərazisində görən olmayıb.

Bu ilin yanvar ayında isə 9-cu sinif şagirdi Humay adlı qızın qaçırılması xəbəri yayılıb.

Goranboy rayon Təhsil İdarəsinin müdiri Səxavət Mamedov Publika.az-a bildirib ki, qızın anasının Xoylu kənd məktəbində işləyir, lakin o bir müddət qızının qaçırılmasını gizlədib:

"Məktəb direktoru qızının dərsə nə üçün gəlmədiyi ilə maraqlananda anası xəstə olduğunu deyib. Lakin bir müddət sonra məsələ aydın olub. Axtarışlardan sonra qız tapılıb. Hazırda qız öz ailəsinin yanındadır”.

Əldə etdiyimiz məlumata görə, o yaşadığı hadisədən sonra bir daha məktəbə qayıtmaq istəmir.

İki ildir kəndə gəlməyən Oruc adlı şəxsin birdən-birə 14 yaşlı qızı qaçırması kənd sakinləri arasında çaşqınlıq yaradıb. Hətta iddiaya görə, qız öz istəyi ilə rəqs müəlliminə qaçıb. Oruc adlı şəxs isə hazırda polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

14 yaşlı Humay ailənin tək övladıdır./Publika.az

Son xəbərlər

Deputatlar yekdilliklə dəstəklədilər: Parlament buraxılır

Merts: Ukraynada müharibəni dayandırmağın iki yolu var

Karapetyana qarşı iş açıldı

Almaniyada yoxsulluq zirvəyə çatdı

“Ayaks” ispaniyalı baş məşqçi ilə anlaşdı

Azərbaycan Mərkəzi Bankının rəhbərliyinin əmək haqqı xərcləri 45 % artıb

Özbəkistan və Finlandiya rəqəmsal nəqliyyat və ağıllı mobillik sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Bakıdan Türkiyəyə qatarla gediş-gəliş başladı

Bazarda şok qiymət artımı: Mühərrik yağları 30 faiz bahalaşdı

"Ermənistanı Ukraynanın taleyi gözləyir" - Volodindən XƏBƏRDARLIQ

“AzerGold” QSC Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göygöl və Daşkəsəndə səyyar tamaşalar təşkil edib

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

Sabah hava necə olacaq?

Ermənistan-Türkiyə yaxınlaşması regionda güc balansını belə dəyişəcək: Rusiya və İran...

Azərbaycanla dəmir yolunun açılması ilə bağlı Gürcüstandan açıqlama

Xətai rayonunda 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar konsert proqramı təşkil olunub+VİDEO

Tramp İsrail və Hizbullahın Livana hücumunu dayandırmaq barədə razılığa gəldiyini bildirib

Müqavimət göstərən sürücü saxlanıldı

Abşeronda Uşaqların Beynəlxalq Müdafiəsi Günü şəhid övladları ilə birgə qeyd edilib

“Nar” gənclərin təhsilinə dəstək olmağa davam edir

Netanyahu ilə danışdıqdan sonra Tramp İsrail qoşunlarının Beyruta getməyəcəyini bildirib

Küveyt İrana xəbərdarlıq etdi

Saakaşvilidən müharibə xəbərdarlığı: Bakı buna icazə verməyəcək

Prezident İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək

Bakıda evdən 6 min dollar oğurlayan usta saxlanıldı

Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Prezident Qurban Qurbanovu təltif etdi

Qubanın 3 kəndinin adı dəyişdirildi

Yaşla əlaqəli beyin iltihabının müalicəsi tapıldı

Bütün xəbərlər