hadise
8.02.2018, 13:44
Bakıda qadın bacısının evini yardı

Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini evindən 20 min manat və 400 dolların oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyindən -Polis əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar.
Oğurluğun ev sahibinin bacısı Bahar Salahova tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, saxlanılıb.
Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır./Oxu.Az


