siyaset
10.02.2018, 20:15
İnquşetiyada döyüşlər

İnquşetiyanın Nazran rayonunda keçirilən antiterror əməliyyatı zamanı iki yaraqlı zərərsizləşdirilib.
Onlardan biri İŞİD terror qruplaşması ilə əlaqəyə görə federal axtarışa verilmişdi.
Güc strukturlarının əməkdaşları və silahlı terrorçular arasında atışmanın videosunu “Directorate 4” Telegram kanalı yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının təslim olmaq tələbinə yaraqlılar atəşlə cavab veriblər. Atışma nəticəsində onların hər ikisi məhv edilib./ İnterfax-a


