Biznesmen oğlunun işini aparan müstəntiq qovuldu













Şəhid Elton Əkbərovun qızı Könül Əkbərovanı idarə etdiyi "Jeep" markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən 17 yaşlı Rəhim Rəhimovun cinayət işini aparan müstəntiq cəzalandırılıb.

Hakim Novruz Kərimovun icraatında olan prosesdə məlum olub ki, R.Rəhimovu hadisə yerindən göndərən yol polisləri də töhmət alıb. İlk vaxtlar cinayət işi ayrı istiqamətdə aparılıb.

Belə ki, R.Rəhimov cinayət məsuliyyətindən yayındırılıb. Onun əvəzinə ailənin sürücüsü Əmrulla Şahbazov hadisəni törətdiyini boynuna alıb. R.Rəhimov isə həmin vaxt "Enerji" klubda olduğu barədə ifadə verib. Səbail rayon Polis İdarəsinin müstəntiqi Vüqar Abbasov da işi bu istiqamətdə aparıb.

R.Rəhimov bir aya yaxın azadlıqda qalıb. Noyabrın 8-də törətdiyi qəzaya görə dekabrın 4-də həbs edilib. Məsələnin əsl mahiyyəti ortaya çıxanda cinayət işi V.Abbasovun icraatından alınaraq başqa müstəntiqə verilib. V.Abbasov da vəzifəsindən azad olunub və sərəncama götürülüb.

Məhkəmədə ifadə verən Səbail YPX əməkdaşı Asif Kərimov və Yasin Abbaslı qəzanı 17 yaşlı Rəhimin törətdiyini bildiklərini və bu barədə müstəntiqə də məlumat verdiklərini deyiblər. Y.Abbaslı bildirib ki, R.Rəhimov qəzadan sonra YP 254 saylı maşında xidmət aparan yol polislərinə təhvil verilib. Müstəntiq hadisə yerinə gəldikdə isə qəzanı törədə gənc hadisə yerində tapılmayıb. YP 250 saylı maşında xidmət edən yol polisləri isə Rəhimin sürdüyü "Jeep" nömrəsini açıb maşına qoyublar.

Həm də hadisə yerindən qaçmaqda ittiham edilən R.Rəhimov onu hadisə yerindən yol polislərinin göndərdiyini deyib.

Məhkəmə müstəntiq Vüqar Abbasovun və yol polisi zabiti Asif Kərimovun prosesə dəvət olunaraq dindirilməsinə qərar verib.

Hadisə 2017-ci il noyabrın 8-də Bayraq meydanının yaxınlığında baş verib. Şəhid qızını vuran 17 yaşlı gənc iş adamı, "Xırdalan Xəz" Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Akif Rəhimovun oğlu Rəhim Rəhimovdur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır. /"Qafqazinfo"

Biznesmen oğlunun işini aparan müstəntiq qovuldu

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər