Məktəbdə onlarla insanı güllələyənin kimliyi bilindi - FOTO













Xəbər verildiyi kimi, fevralın 14-də Florida ştatındakı Marcori Stounman Duqlas məktəbində atışma baş verib. Hakimiyyət nümayəndələri bildiriblər ki, atışma nəticəsində azı 17 nəfər həlak olub. Onlardan ikisi xəstəxanada vəfat edib. Xəstəxanaya çatdırılmış 14 nəfər yaralıdan beşinin vəziyyəti ağırdır.

Hüquq mühafizə orqanları caninin şəxsiyyətini təsdiq ediblər. Bu, əvvəllər həmin məktəbdə oxumuş 19 yaşlı Nikolas Kruzdur. Brouard dairəsinin şerifi Skott İsrailin sözlərinə görə, Kruz intizamsız şagird kimi məktəbdən xaric edilib. S.İsrail daha sonra bildirib ki, Kruz sosial şəbəkələrdə əlində bıçaq və odlu silah olduğu vəziyyətdə çəkilmiş fotoşəkillərini paylaşırmış. Şahidlərin çoxunun dediyinə görə, Kruzun məktəbdən xaric edilməsinə səbəb tez-tez silah gəzdirməsi olub. Kruzun keçmiş riyaziyyat müəlliminin sözlərinin görə, keçən il məktəb müdiriyyəti "təhlükəsizliyə təhlükə” olan bu şagirdin arxa çantası ilə məktəbə gəlməsini qadağan edib.

Yayılan məlumatlara görə, atışma dərslərin başa çatmasına az qalmış başlanıb. Yerli qəzetlər yazırlar ki, Marcori Stounman Duqlas məktəbində 3208 şagird təhsil alır. Hüquq mühafizə orqanlarının nümayəndələri bildiriblər ki, Kruzun üstündə əl qumbaraları və AR-15 markalı avtomatik tüfəng olub. Bildirilir ki, Kruz maksimum sayda insanı qətlə yetirmək üçün dərs məşğələlərinin başa çatmasına az qalmış yanğın siqnalizasiyası düyməsini basıb ki, şagirdlərin çoxu dəhlizlərə çıxsın. Hakimiyyət orqanlarının nümayəndələri bildirirlər ki, Kruz küçəyə qaçan şagirdlərə qoşularaq polisdən gizlənməyə cəhd göstərib, lakin onu dərhal yaxalayıblar. Axşam saat 11-ə qədər öldürülmüş məktəblilərdən yalnız 12-nin şəxsiyyəti müəyyən edilib. Daha 5 nəfərin şəxsiyyəti hələ müəyyən edilməyib və bu uşaqların vəziyyəti barədə onların ailələrinə hələlik məlumat verilməyib.

Prezident Tramp və Florida ştatının qubernatoru Rik Skot həlak olanların ailələrinə başsağlığı veriblər. Qubernator Skott hadisə yerindədir. (AZƏRTAC)


Məktəbdə onlarla insanı güllələyənin kimliyi bilindi - FOTO


Məktəbdə onlarla insanı güllələyənin kimliyi bilindi - FOTO


Məktəbdə onlarla insanı güllələyənin kimliyi bilindi - FOTO

Son xəbərlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Podolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə...

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

Sərhəddə, yerin altında gizli narkotik marşrutu: illərlə diqqətdən yayınıb - Foto

Tarixdə ilk trilyonçu ola bilər

"Ford" 420 min avtomobili geri çağırır

"Reuters": Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır

Qırğızıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

İsrailli köçkünlər fələstinli çobanları otlaqlarından qovublar

Bütün xəbərlər