hadise
15.02.2018, 13:13
Qatar küləyi qızın ağır yaralanmasına səbəb oldu

Bakıda qatar küləyinin təsiri nəticəsində yıxılan gənc qız ağır xəsarət alıb.
Binəqədi rayonu ərazisində Şirvan-Bakı elektrik qatarı hərəkətdə olan zaman dəmiryolunun yaxınlığından keçən 20 yaşlı Qasımova İzarə İlqar qızı qatarın küləyinin təsirindən yıxılıb.
Yaralı kəllə-beyin xəsarəti və çanaq sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır./Report


