Kompüterindən 400 qadının şəkli çıxdı - Aldatdı, telefona çəkdi, otel otağında öldürüldü

Türkiyədə özünü maniken agentliyi sahibi kimi tanıdıb qadınların fotoşəklini çəkdiyi və bu qadınları təhdid etdiyi iddia edilən Cüneyd Palanın bir otel otağında, Arzu D. və Gülşad Ş. adlı iki qadın tərəfindən öldürüldüyü iddiasına dair məhkəmə iclası davam etdirilib.
İstanbul Ağır Cəza Məhkəməsində davam edən üçüncü iclasda məhbus müttəhimlər və vəkilləri də iştirak ediblər.
Bu iclasda Cüneyd Palanın kompüterində və telefonunda 400 qadına aid fotoşəkillərin olduğu ortaya çıxıb.
Müttəhim Arzu D. məhkəmədə məqsədinin yalnız fotoşəkilləri almaq olduğunu, Palanı öldürmək kimi bir düşüncəsinin olmadığını deyib. Arzu D. Cüneyd Palanı üç yerindən bıçaqladıqdan sonra təcili tibbi yardım maşını çağırdığını da bildirib.
Prokuror Dilek D. nin həbs halının davam etməyinə qərar verilməsini istəyib.
Ara qərarını açıqlayan məhkəmə heyəti, məhbus müttəhimin azadlıq tələbini rədd edərək, məhkəmə prosesini aprel ayına təxirə salıb.
metbuat.az


