hadise
17.02.2018
Abşeronda ağır qəza: ölən və yaralanan var - VİDEO

Abşeronda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Fevralın 16-da saat 12 radələrində Abşeron rayonunun Saray qəsəbəsində qəsəbə sakini Zaur Rəcəbov idarə etdiyi "NAZ Lifan” markalı avtomobili yolun kənarında dayanmış, həmyerlisi Ağası Ağayevə məxsus "VAZ-2106” markalı avtomobilə vurub. Nəticədə A.Ağayev hadisə yerində ölüb, Z.Rəcəbov xəstəxanaya yerləşdirilib.
Abşeron RPİ tərəfindən araşdırma aparılır./xezerxeber.az


