hadise
21.02.2018, 12:14
DİN-dən narkotik əməliyyatı - 196 fakt müəyyən edilib

Fevral ayının 20 günündə daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 196 fakt müəyyən edilib.
dogruxeber.tv Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən bildirir ki, fevral ayının 1-dən 20-dək qanunsuz saxlanılan silah-sursatla bağlı 17 fakt müəyyən edilib.


