"Ərdoğan bunu etməlidir, əks halda..." – Moskvadan müharibənin ssenarisini yenidən yazacaq təklif











Suriya prezidenti Bəşər Əsədlə dialoqun qurulmasının vacibliyi ilə bağlı Moskvadan Türkiyəyə ünvanlanan mesajlar bir-birini əvəz edir. İki gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Türkiyənin təhlükəsizlik maraqları Suriya hökumətiylə dialoq vasitəsilə tamamilə təmin edilə bilər.

"Beynəlxalq Avrasiya hərəkatı"nın rəhbəri, politoloq, Kremlin ideoloqu hesab edilən Aleksandr Duqin Türkiyənin "Aydınlıq" qəzetinə müsahibəsində sözügedən mesajı təkrarlayıb.

Duqinin sözlərinə görə, Türkiyənin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatında hərbi müvəffəqiyyət Dəməşqlə əməkdaşlıqla daha da gücləndirilə bilər.

"Ankara və Dəməşq arasında ortaq bir zəmin tapıla bilər. Amerika təcrid ediləcəyi halda, bölgə ölkələri ümumi bir pavilyonda görüşə bilərlər. Vətən Partiyasının Suriya ilə əlaqə qurmaq üçün atdığı addımlar davam etdirilmədi, amma Dəməşqlə əlaqə qurmaq Ankara üçün hələ də gec deyil", - o bildirib.

Onun sözlərinə görə, Rusiya müttəfiqi olan Türkiyəni Dəməşqlə ünsiyyət qurmağa təşviq etməlidir. Duqin qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla bir çox görüşündə Ankara və Dəməşq arasında ünsiyyətə ehtiyac olduğu fikrini dilə gətirib və gözləyib:

"Təktərəfli bir həll ola bilməz. Bəzi qaydalara riayət etmək, Suriyanın ərazi bütövlüyünə hörmət etmək və bir şəkildə ünsiyyət qurmaq lazımdır. Putin bu mövzuda israr etdi. Çünki ünsiyyət qurulmadığı təqdirdə, Türkiyənin Afrinə müdaxiləsi Dəməşqin etibarını zədələyir. Kürdlər bu anlaşılmazlıqdan istifadə etdilər. Suriyadakı bütün məsələlər artıq çoxtərəfli məsələlərdir. Buna görə də hər kəsə hörmət etməlisən. Səudiyyə Ərəbistanı da daxil olmaqla, heç kəs gözardı edilməməlidir. Afrin məsələsinin açarı nədir? Yalnız Türkiyə ordusunun hərbi qüdrətimi? Deyil. Yalnız Rusiya ilə strateji ittifaq da deyil, eyni zamanda, Suriyadakı Amerika zorakılığı və vəhhabi əməliyyatının qurbanı olan Əsəddir. Buna görə də Əsədi diqqətə almalıyıq. Ankara və Dəməşq arasındakı münasibətlərin bir anda düzələcəyini demirəm, amma Rusiyanı vasitəçi olduğu üçün günahlandırmaq səhv olar. Hesab edirəm ki, problem Ərdoğanın Dəməşq ilə heç bir əlaqə yaratmaması ilə bağlı inadcıl münasibətdir. Təkrar edirəm ki, ruslar bir çox hallarda və bir çox səviyyədə iki tərəf arasında ünsiyyət qurmaq üçün kömək təklif etdilər. Bu ünsiyyət birbaşa və ya dolayı şəkildə ola bilər. Hazırda Türkiyənin Suriya torpaqlarında doğru bir şəkildə əməliyyat həyata keçirməsi üçün rəsmi olmasa belə, bir yolunu taparaq Əsədlə ünsiyyət qurması lazımdır. Yoxsa, Türkiyəni pis sürprizlər gözləyir".

Politoloq hesab edir ki, Suriya mövzusunu qiymətləndirmək üçün yaxın zamanda Ərdoğan və Putinin görüşünə ehtiyac var: "Mənim bildiyimə görə, Putin Əsədlə təmas qurmaq barədə təklifini təkrarlayacaq. Vəziyyəti qiymətləndirsək, bu məsələdə bir gecikmə olduğu görünür. Kürdlər bu məsələdə ağıllı hərəkət edirlər. Çünki, Türkiyənin qarşısında ayaqda qalmayacağını bilirlər və bu dəfə Əsədin tərəfində yer alırlar. Fikrimcə, amerikalılardan başqa, hamı eyni tərəfdə olmalıdır. Eyni tərəfdə olsaq, bu məsələni həll edə bilərik. Əks halda, Amerika imperializminin silahına çevrilirik. Türkiyənin avrasyaçıları da bunu çox yaxşı anlayır".

Politoloq hesab edir ki, Türkiyənin Bəşər Əsədlə bağlı verəcəyi qərar çox önəmlidir: "Suriyada bir tərəfdə Rusiya, İran və Bəşər Əsəd, digər tərəfdə ABŞ və Səudiyyə Ərəbistanıdır. Qətər və Türkiyə özlərini geosiyasi maraqlarını qorumaq üzrə Amerika koalisyonunda ayrıldı və Rusiyanın müttəfiqlərinə yönəldilər. Amma hansı tərəfdə yer aldıqlarına dair verəcəkləri qərar, Əsədlə bağlı verəcəkləri qərardır. Amerikalıların belə Türkiyəyə qarşı Əsədlə ünsiyyət quracaqları zamanın gələcəyini düşünürəm. Amerika Əsədi devirə bilməyəcəyinə inandıqları halda, oyunun qaydalarını dəyişdirməyə çalışacaq, amma indi deyil. Buna görə də Ərdoğanın vaxt itirdiyini düşünürəm. Bu çox kədərlidir. Çünki mən Rusiya və Türkiyənin strateji müttəfiqliyinin Yaxın Şərqdə sabitlik üçün açar olduğunu düşünürəm".

Mənbə: publika.az

Oxunub: 1 082

Son xəbərlər

Türkiyədə DEAŞ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat: 90 şübhəli saxlanıldı

Bakıda 100 min bina söküləcək? – RƏSMİ

70 kq qızılla saxlanılan polkovnik-leytenantın – 7 il həbsi tələb edildi

Qərb ölkələri üçün yeni təhlükə: "İsgəndər-K" raket sistemləri

Bazeyan: “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq”

Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Oğuzda qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb

“Leops” və Kapital Bank əməkdaşlığı: 8.3 milyon AZN investisiya

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

R.Rzayev saxlanıldı: gecə saatlarında “Range Rover”lə

Abituriyentlərin ən çox müraciət etdiyi ixtisas qrupu açıqlandı

Məşhur şadlıq evində GÜCLÜ YANĞIN

Qəzzada hakimiyyət təhvil verilir

Bağça müəllimləri sertifikasiyadan nə vaxt keçəcək? – AÇIQLAMA

Sumqayıtda futbol meydançasında faciə – 23 yaşlı oğlan həyatını itirdi

Erməni siyasətçidən təklif: “Ermənistanın prezidenti din xadimi olsun”

Daşkəsəndə qəza oldu

Lənkəran səhiyyəsində şübhəli tender

ABŞ səfiri Türkiyədə qalmaqala səbəb oldu

Bu günün valyuta məzənnələri

“Goldman Sachs”: İran müharibəsi neftin qiymətini 100-115 dollar səviyyəsində saxlaya bilər

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Bakının bir sıra yollarında tıxac yaranıb

Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?

“AzInTelecom”un superkompüter infrastrukturunun istifadəsinə başlanılıb

Məşhur uşaq qidasında siçan zəhəri aşkarlanıb

İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir

Ağcaqanadlar ən çox onları SANCIR

Bu meyvə xərçəngə qarşı gizli silah imiş...

Bütün xəbərlər