hadise
27.02.2018, 21:56
Sabirabad sakini özünü bıçaqlayaraq öldürdü

Sabirabad rayon sakini özünü bıçaqla vuraraq intihar edib.
dogruxeber.tv–ın “APA”-ya istinadən verdiyi xəbərə görə, Sabirabadın Moranlı kənd sakini, 1977-ci il təvəllüdlü Hüseynov Vüqar Əlifağa oğlu ürək nahiyəsindən özünə bıçaqla xəsarət yetirib.
V. Hüseynov Şirvan şəhər Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
dogruxeber.tv


