Azər Məmmədov və Eyyub Gülməmmədov tandemi – Şirvanda kriminagen durum icra başçısını hərəkətə keçirdi












Cəmiyyət varsa cinayət də var.Hər bir cəmiyyətdə cinayətkarlıqla mübarizə aparan inzibati orqanlarda var. Bu gün respublikamızda DİN-nin içtimai-asayişin mühafizəsi və cinayətkarlıqla mübarizə sahələrində göstərdikləri xidmətlər danılmazdır. 2018-ci ilin ilk iki ayına nəzər salsaq görərik ki, təkcə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şəhər və rayonlarımızda bir çox cinayətkar qruplaşmalar aşkarlanaraq məsuliyyətə cəlb olunublar.

Elə bir neçə gün bundan öncə xəbər verdiyimiz kimi, Şirvan şəhərində şəhər İcra Başçısı Mərdan Camalovun dayısı oğlunun törətdiyi qanlı cinayətlə bağlı DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Xüsusi Təyinatlıları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində krimnal aləmdə nüfuzlu cinayətkarlar aşkar olunaraq saxlanılmışdır. Əməliyyatın davamı olaraq saxlanılanların mənzilindən müxtəlif növ silahlar aşkar olunaraq götürülmüşdür. Keçmiş polis zabiti olmuş Camalovların dayısının ərköyün oğlu Azər Məmmədov şəhərin İcra Başçısı Mərdan Camalovun nüfuzundan sui istifadə edərək şəhər sakinlərini və idarə rəhbərlərini öz təsiri altında saxlayırmış. Vetenperverler.az-a şəhər sakinlərindən daxil olan məlumata görə Azər Məmmədov Şirvanda yerləşən“İLOYL” yanacaq doldurma məntəqəsindən hər ay 300 manatlıq yanacaq alırmış və bunun müqabilində heç bir ödəniş etmirmiş. Bundan başqa Şirvan şəhər İcra Hakimiyyətinin Şirvan şəhər Mənzil Təsərrüfat İdarəsinin rəisindən hər ay müxtəlif məbləğdə pul almaqla Eyyub Gülməmmədov və oğlu Rəfail Gülməmmədovu oz himayəsində saxlayırmış. Saytımızda məlum hadisələrlə bağlı işıqlandırılan yazılarımıza “Facebook” səhifələrində Rafael Gülməmmədovun yazdığı şərhlərdən havadarını itirməsini açıq aydın görmək olur. Bu hadisədən öncə İdarə rəisinin oğlu Rəfael Gülməmmədov şəhər sakinindən aldığı 16000(on altı min)manat borcunu ödəmədiyindən inzibati həbs cəzası almışdır. Məsələdən gec xəbər tutan himayədarı Azər Məmmədovun köməkliyi ilə cəzasını qismən azaltmağa nail olmuşdur. Qanlı hadisənin gedişinə münasibətindən görünür ki, artıq Rəfael və Eyyub Gülməmmədovlar himayədarlarını itirdikdən sonra özlərinə oturmaq üçün yeni oturacaq axtarışındadırlar.
Məlumatlı mənbə bildirir ki, Eyyub Gülməmmədov tutduğu bu vəzifədən bir dəfə uzaqlaşdırılıb. Lakin Azər Məmmədov bibisi oğlu İcra Başçısı Mərdan Camalovdan xahiş edərək Eyyub Gülməmmədovu vəzifəsinə yenidən təyin etmişdir. Məlum hadisə ilə bağlı yazılanlardan təlaşa düşən Rəfael və Eyyub Gülməmmədovlar “Facebook” da şərh yazmaqla stresdən çıxırlar.

Şirvan Şəhər İcra Hakimiyyətindən adının açıqlanmasını istəməyən məmur saytımıza bildirdi ki, hadisə ilə əlaqədar İcra Hakimiyyətində müşavirə keçirilmişdir. Müşavirədə dayısı oğluna qarşı ittihamlar səsləndirilmiş və iclas iştirakçılarından da danlananlar olmuşdur. Qeyd edək ki gələn yazımızda iclasda müzakirə olunan məsələ ilə bağlı ətraflı yazı işıqlandırılacaq.Vetenperverler.az
Bizi izləyin


@dogruxeber.tv

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər