Paytaxtda qeyri-adi aksiya - 50-dən çox məmur küçədə yatacaq










50-dək məmur havanın soyuq olmasına baxmayaraq, bütün gecəni küçədə yatacaq. Onlar bununla küçədə donan evsizlərə diqqəti cəlb etmək niyyətindədirlər.

Bu təşəbbüslə Etamp kommunasının mer müavini Eson Mama Si departamentdə çıxış edib. O, bu barədə çağırışını özünün Facebook hesabında da yayıb. Paytaxtın yeni meri məlum oldu.

“Ötən il demək olar 500 nəfər qalmağa yerləri olmadığından küçələrdə ölüb. 2018-ci ilin 1,5 ayı ərzində təkcə Parisdə 13 nəfər ölüb. Fevralın 28-də 50-dək xalq nümayəndəsi Austerlits vağzalı yanında küçədə yatacaqlar” – deyə Si öz postunda bildirib.

Fevralın ortalarında Fransa paytaxtında “Həmrəylik gecəsi” keçirilib. Gecədə şəhərdəki evsiz insanlar sayılıb. Aksiya təşkilatçılarının bildirdiyinə görə, Paris küçələrində 5 minə qədər evsiz insan yaşayır. Onların bir hissəsi qışı sığınacaqlarda keçirirlər. Buna baxmayaraq, 3 minə qədər insanın hətta müvəqqəti də olsa başını soxacaq yeri yoxdur.

Bu aksiyanın keçirilməsi müxtəlif müzakirələrə də yol açıb. Ərazi Birliyi Nazirliyi yanında dövlət katibi Jülyen Denormandinin bütün İl-de-Frans regionu ərazisində 50-dən artıq evsiz insanın olmadığı barədə fikirləri müzakirələri daha da alovlandırıb. Axırda katib etiraf edib ki, sığınacaq yerləri kifayət qədər deyil.

Bu gün Fransada qışın ən soyuq günü qeydə alınıb. Yerli KİV-in “Moskva-Paris” fenomeni kimi dəyərləndirdiyi yüksək atmosfer təzyiqi nəticəsində ölkə ərazisində ötən həftə sərt hava müşahidə olunub. Bir çox regionlardakı küçə termometrləri sıfır dərəcənin altına düşüb. Fransada bu günlər ərzində bir neçə evsiz insan küçədə donaraq ölüb/sputnik


@dogruxeber.tv

Paytaxtda qeyri-adi aksiya - 50-dən çox məmur küçədə yatacaq

Oxunub: 1 097

Son xəbərlər

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək

“Brent” nefti bahalaşıb

ABŞ Venesuelaya Maduro üçün hüquqi xidmətlərin haqqını ödəməyə icazə verib

Ranyeri vəzifəsindən ayrıldı

Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı

“Sənətkarlar üçün qəbiristanlıq yaradılsın” – Xalq artisti

Afrikada amerikalı milyarderi fillər tapdalayıb öldürdülər

Gənc samboçumuz Avropanı fəth etdi

Şagirdin bu gün ehtiyacı olan SEVGİDİR

Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti - Azərbaycan önə çıxır

Rabitəbankdan sahibkarlar gününün 10 illiyinə özəl mikrokreditlər üzrə “10% daha sərfəli” kampaniyası

Baş prokuror İran səfirini qəbul edib

Aİ liderləri yeni maliyyə resurslarının tətbiqinə geniş dəstək ifadə ediblər

Dağıstan və Çeçenistanda genişmiqyaslı torpaq sürüşmələri baş verə bilər

Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib

Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb

70 yaşlı kişini lüks avtomobili ilə DƏFN ETDİLƏR

Xarici media nümayəndələri Zəngilan rayonunun Ağalı kəndinə səfər ediblər

Dövlət Xidməti Sabirabadda vətəndaş qəbulu keçirdi

İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək

Bütün xəbərlər