Yasamal sakinləri yeni icra başçısından narazıdır: “Yalnız kosmetik işlər görür, problemlər həll edilmir”- FOTOLAR











Məlum olduğu kimi, ötən ayın əvvəlində Prezident İlham Əliyevin sərəncamı ilə Əziz İmran oğlu Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Əziz Əzizov bundan əvvəl uzun müddət Cəlilabad rayonuna rəhbərlik edib. Azinforum.az-a daxil olan məlumata görə, yeni icra başçısı rayon ərazisində bəzi “abadlıq” işlərinin görülməsinə start verib. Sakinlərin Azinforum.az-a verdiyi məlumata görə, yeni icra başçısının Yasamal ərazisindəki “Günəş petrol” yanacaqdoldurma məntəqəsindən “Yeni Yasamal” deyilən massivə aparan yolda başladığı abadlıq işləri yalnız kosmetik xarakter daşıyır: ” Çox təəssüf edirik ki, bir neçə gündür burada abadlıq adı ilə aparılan işlərdə biz yalnız asfalt örtüyünün qaşınmasını görürük. Ancaq vətəndaşların daha çox istifaadə etdiyi və Bakı Dairəvi Yol ilə Şərifzadə prospektini birləşdirən bu küçədə sakinlərin rahatlığını təmin etmək üçün bir neçə təxirəsalınmaz işlərin görülməsinə ehtiyac var”.

Sakinlərin şikayəti əsasında həmin ərazidə olan saytımızın reportyorları araşdırıblar ki, söhbət Şərifzadə prospektindən “Yeni Yasamal”a enən Əsəd Əhmədov küçəsindən gedir. Yeni Yasamal sakinləri Azinforum.az-a bildiriblər ki, bu işlərə dövlət büdcəsindən xeyli pul xərclənirsə, yeni icra başçısından xahişləri budur ki, görülən işlər çərçivəsində onları narahat edən bəzi vacib detallara fikir verilsin. Biz sakinlərin icra başçısına ünvanladıqları tələbləri və onlara aid fotoları təqdim edirik:

Həmin yolun “Günəş petrol”dan, enişə qədər olan hissəsi olduqca dardır. Oradakı yolun kənarında olan 9 mərtəbəli binaların qabağında güya ağacların əkilməsi üçün yer nəzərdə tutulub, ancaq ərazi boşdur və çox güman ki, yaxın vaxtlarda kiməsə ticarət obyekti tikmək üçün satılacaq. Tıxaclardan yaxa qurtarmaq üçün yolun həmin ərazisi 2 metr genişləndirilə bilər.

Sözügedən yolun əksər hissəsində tratuar yoxdur. Ya heç yoxdur, ya da ki, palçıqla örtülmüş bir çığırdı. Fiziki qüsuru olmayan insanlar üçün trotuarın olmadığı yerdə, təbii ki, görmə qabiliyyətini itirmiş şəxslər üçün ayrıca zolaq və əlillər üçün arabaların hərəkət edəcəyi yol da nəzərdə tutulmur. Ən azından insanların normal hərəkətini təmin etmək üçün, ora eni 120 sm olan tratuar salınmalıdır.

Həmin yolda dəhşətli tıxacların yaranmasına səbəblərdən biri də, “Bazarstore” mağazasının önündə olan avtobus dayanacağıdır. Problem burdadır ki, həmin dayanacağa avtobuslar tam yanaşa bilmir. Yanaşanda isə hərəkət zolağında olan avtomobillər məcburi onu gözləməli olur. Ancaq vəziyyətdən çıxış yolu var. Həmin binalardan yola qədər azı 10 metrlik məsafə var. Çökük bir yeri əhatə edən həmin sahəni doldurub, dayanacaq məqsədilə iştifadəyə vermək olar. Hazırda ora bir neçə butka qoyulub.

Ərazidə yaşayan “Yeni Yasamal” sakinləri hörmətli Əziz Əzizovun diqqətinə çatdırırlar ki, deyilən konstruktiv işləri görməklə, aparılan abadlıq işləri yalnız kosmetik xarakter daşımaz, həm də vətəndaşları bir sıra problemlərdən uzaq edər.

Ümidvarıq ki, Yasamal rəhbərliyi sakinlərin səsləndirdiyi əsaslı tələbləri nəzərə alcaq.

@dogruxeber.tv

Yasamal sakinləri yeni icra başçısından narazıdır: “Yalnız kosmetik işlər görür, problemlər həll edilmir”- FOTOLAR


Yasamal sakinləri yeni icra başçısından narazıdır: “Yalnız kosmetik işlər görür, problemlər həll edilmir”- FOTOLAR


Yasamal sakinləri yeni icra başçısından narazıdır: “Yalnız kosmetik işlər görür, problemlər həll edilmir”- FOTOLAR


Yasamal sakinləri yeni icra başçısından narazıdır: “Yalnız kosmetik işlər görür, problemlər həll edilmir”- FOTOLAR



Yasamal sakinləri yeni icra başçısından narazıdır: “Yalnız kosmetik işlər görür, problemlər həll edilmir”- FOTOLAR



Yasamal sakinləri yeni icra başçısından narazıdır: “Yalnız kosmetik işlər görür, problemlər həll edilmir”- FOTOLAR


Yasamal sakinləri yeni icra başçısından narazıdır: “Yalnız kosmetik işlər görür, problemlər həll edilmir”- FOTOLAR


Yasamal sakinləri yeni icra başçısından narazıdır: “Yalnız kosmetik işlər görür, problemlər həll edilmir”- FOTOLAR


Yasamal sakinləri yeni icra başçısından narazıdır: “Yalnız kosmetik işlər görür, problemlər həll edilmir”- FOTOLAR

Oxunub: 1 574

Son xəbərlər

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək

“Brent” nefti bahalaşıb

ABŞ Venesuelaya Maduro üçün hüquqi xidmətlərin haqqını ödəməyə icazə verib

Ranyeri vəzifəsindən ayrıldı

Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı

“Sənətkarlar üçün qəbiristanlıq yaradılsın” – Xalq artisti

Afrikada amerikalı milyarderi fillər tapdalayıb öldürdülər

Gənc samboçumuz Avropanı fəth etdi

Şagirdin bu gün ehtiyacı olan SEVGİDİR

Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti - Azərbaycan önə çıxır

Rabitəbankdan sahibkarlar gününün 10 illiyinə özəl mikrokreditlər üzrə “10% daha sərfəli” kampaniyası

Baş prokuror İran səfirini qəbul edib

Aİ liderləri yeni maliyyə resurslarının tətbiqinə geniş dəstək ifadə ediblər

Dağıstan və Çeçenistanda genişmiqyaslı torpaq sürüşmələri baş verə bilər

Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib

Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb

Bütün xəbərlər