siyaset
5.03.2018, 08:48
ABŞ-ın Ankaradakı səfirliyi işini müvəqqəti dayandırır

ABŞ-ın Ankaradakı səfirliyi martın 5-də təhlükəsizliklə əlaqədar işini dayandıracaq.
dogruxeber.tv -nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə səfirliyin saytında məlumat yayılıb.
"ABŞ-ın Ankaradakı səfirliyi 2018-ci il, martın 5-də təhlükəsizlik təhdidləri ilə əlaqədar ziyarətçilər üçün bağlı olacaq”, məlumatda deyilir.
Bildirilir ki, bu gün səfirlik tərəfindən yalnız təxirəsalınmaz xidmətlər göstəriləcək: “Səfirliyin fəaliyyəti bərpa olunan kimi, bu barədə məlumat veriləcək”.
@dogruxeber.tv


