“Oğlumu ata bağlayaraq kənd boyu sürüyüblər, cəsədinə baxa bilmədim…” – Nişanlı oğlu öldürülən ata danışdı






“Oğlumun cəsədinə baxa bilmədim”.
Bunu Teleqraf.com-a açıqlamsında Cəlilabad rayonunun Ləkin kəndi ərazisində meyiti tapılan gəncin atası İlham Nəsirov deyib.
Onun sözlərinə görə, oğlunu ata bağlayaraq kənd boyu sürüyüblər:
“Bütün kənd bilir ki, oğlum sakit uşaqdır. Seymur qonşu kənddə yaşayır. Oğlum nişanlı idi və toyuna hazırlaşırdıq. Sirucun nişanlısının telefonu yox idi və Seymurgilə gedib, həyat yoldaşının telefonu ilə ona zəng edirdi. Mən oğlumun cəsədinə baxa bilmədim. Onu o qədər döyüblər ki, cəsəd qaralmışdı, tamam yara içində idi. Başına küt alətlərlə o qədər vurublar ki, cəsəd tanınmaz hala düşüb. Bu bir nəfərin işi olmayıb. Bütün sümükləri sınıq-sınıq olub”.
Qeyd edək ki, ötən gün 1997-ci il təvəllüdlü Nəsirov Sirus İlham oğlunun meyiti Cəlilabad rayonunun Ləkin kəndi ərazisində tapılıb.Cəlilabad rayon Ləkin kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, Sirus Nəsirov Seymur İsfəndiyar oğlu Muradov tərəfindən öldürülüb.
Sakinlərin sözlərinə görə, Sirus nişanlı ola-ola Seymurun həyat yoldaşı ilə gizli münasibətdə olub. Bu söhbət bütün kəndə yayılıb. Sirus ilə həyat yoldaşı arasındakı münasibətdən xəbər tutan Seymur onu öldürmək qərarına gəlib.
Kənd sakinləri deyir ki, Seymur martın 2-də, gecə saat 11-12 radələrində Sirusu görüşə çağırıb. Orada onu döyüb, başından ağır xəsarətlər yetirərək öldürüb. Öldürdükdən sonra meyitini kolluğa atıb və qaçıb.
Sirusun meyiti dünən saat 14.00-da Ləkin və Musalı kəndləri arasındakı meşəlik ərazidə tapılıb.
Qeyd edək ki, dünən mətbuatda Cəlilabad rayonunun Ləkin kəndində 21 yaşlı gəncin meyitinin tapıldığı xəbəri yayılmışdı. Öldürülən həmin şəxsin Musalı kənd sakini, 1997-ci il təvəllüdlü Nəsirov Sirus İlham oğlu olduğu üzə çıxıb

@dogruxeber.tv

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər