Putin şəxsən xəbərdarlıq etmişdi və hərəkətə keçdi











Qərb siyasi arenasında artıq yeni formatlar yaranır, ənənəvi partiyalar siyasi meydandan çıxır, onların yerini isə qeyri-ənənəvi siyasətin davamçıları tutur.

Bu sözləri Axar.az-a Fransanın eks-prezidenti Nikola Sarkoziyə qarşı irəli sürülən korrupsiya ittihamı ilə bağlı danışan politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, qeyri-ənənəvi siyasətin davamçıları hazırda Fransada öz mövqelərini möhkəmləndirməyə çalışırlar:

"Elə Makron da bu qeyri-ənənəvi siyasi platformanın əsas nümayəndəsidir. O, hazırda geriyə dönən bütün yolları kəsməyə çalışır. Ənənəvi müxalifətin nümayəndələri isə revanş əldə etməyə və beləliklə də indiki islahatları səngitməklə tədricən ənənəvi sistemi bərpa etməyə cəhd edirlər. Bu qüvvələrin arasında da görkəmli sima məhz Sarkozi idi. Bu prosesin siyasi tərəfləri də var. Belə ki, Fransanın yeni siyasi elitası göstərir ki, keçmiş ənənəvi siyasətin davamçıları hakimiyyətdə qalmaq üçün bu cür məsələlərə əl atırdılar. Bununla da yeni siyasi elita Sarkozinin timsalında o simaları ifşa edərək, indi öz mövqelərini bərkidirlər".

Politoloq Şahin Cəfərli isə prosesə Qərbdə müşahidə olunmağa başlayan özünütəmizləmə çabaları kontekstində yanaşıb:

"Zaman ötdükcə ortaya çıxdı ki, Qərb iqtisadi-maliyyə sistemi ilə sıx inteqrasiyaya gedən, Rusiya başda olmaqla, korrupsiya pullarını ora axıdan dövlətlər və bu dövlətlərdə əmələ gələn yeni insan tipi - siyasətçi-iş adamı simbiozundan ibarət hibrid individlər heç də Qərb dəyərlərinin vurğunu deyil. Tam əksinə, onlar Qərb siyasətini korrupsiyalasdıraraq özlərinə oxşatmağa, zamanla Qərb liberal-demokratik sistemini içəridən təhdid etməyə başladılar. Korrupsiya pullarının bir qismi Avropadakı anti-liberal, revizionist, populist, radikal siyasi qüvvələrin maliyyələşdirilməsinə yönəldildi. Sarkozi, Bler, Şröder, Berluskoni kimi merkantil maraqları üstün tutan vizyonsuz liderlər nəsli Qərbin mənəvi üstünlüyünü heçə endirdilər. Onlardan sonra gələn Obama, Kemeron, Merkel, Olland kimi liderlər isə sələfləri qədər əxlaqi çöküş yaşamasalar da, ciddi zəiflik göstərdilər. Obama 2007-ci il Münhen nitqi və bunun ilk praktik addımı kimi 2008-ci ildə Gürcüstana hərbi müdaxilə ilə revanşist, neoimperial kursun startını verən Putini axmaq "reset" siyasəti ilə daha da cəsarətləndirdi. Ondan əvvəl isə NATO-nun 2008-ci ilin 2-4 aprel tarixli Buxarest zirvə toplantısında Sarkozi və Merkel Gürcüstan və Ukraynaya "Üzvlük üçün Fəaliyyət Planı" (MAP) verilməsinə veto qoymuşdular. Sammitin ən hörmətli qonağı olan və Rusiya-NATO komissiyasının qapalı iclasına qatılan Putin şəxsən Buşa və Avropa liderlərinə xəbərdarlıq etmişdi ki, əgər bu keçmiş sovet respublikalarına MAP versəniz, Rusiya Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyacaq, Ukraynanın isə ümumiyyətlə bir dövlət kimi mövcudluğuna son qoyulacaq. Putinin hədəsi Qərb tərəfindən nəzərə alındı və onlar öz mövqelərindən geri çəkildilər, lakin Putin bunu zəiflik kimi qiymətləndirərək öz hədəsini elə həmin il Gürcüstanda, 6 il sonra isə Ukraynada reallaşdırdı. Ukrayna hadisələrindən sonra Qərbdə, nəhayət, bir daha başa düşdülər ki, Moskva ancaq güc dilindən anlayır. İndi bu təmizlənmə çabalarının nə dərəcədə ciddi və məqsədyönlü olduğunu da görəcəyik. Öz dəyərlərinə geri dönməməsi Qərbin çöküşü olar".

Qeyd edək ki, Sarkozi 2007-ci ildə Liviyanın eks-lideri Müəmmər Qəzzafidən öz seçki kampaniyası üçün qeyri-leqal pul almaqda ittiham olunub. Sarkozi bu ittihamların heç birini qəbul etməyib.

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər