Keçmiş icra hakiminin qanunsuz işləri üzə çıxdı !! VİDEO
![]()
Bir neçə gün öncə Cəlilabad rayon sakini Hüseynov Aydın İman oğlu redaksiyamızla əlaqə saxlayıb.Cəlilabad rayon sakini Hüseynov Aydın İman oğlu qeyd edərək bildirib ki, "bu gün Apellyasiya məhkəmə ekispertizasından Amid Əliyev və rayon torpaq şöbəsinin Əsgər adlı məsul işçisi eyni zamanda Malik adlı şəxs, 2015-ci ildən Cəlilabad rayonunun keçmiş icra başçısı Əziz Əzizov qanunsuz olaraq bizə məxsus olan sənədli pay torpağımızı əlimizdən alıb digər şəxslərə satdığı torpağı yenidən ölçüb müəyyən etməyə gəliblər".Şikayətçi bildirib ki,torpağı müəyyən etməyə gələn şəxslərə sual olaraq bildirdik ki, magistral yoldan neçə metir kənar mühafizə zolağı ölçülür. Gələn məsul şəxslər təkrar-təkra olaraq 30 metrədən ölçüldüyünü bildirdilər. Rayon sakini Aydı Hüseynov onuda qeyd etdi ki, həmin günü bütün baş verənlərin hamısını video çəklişlə qeydə almışıq.Şikayətçi Aydın Hüseynov deyir ki, "keçmiş icra başçısı Əziz Əzizov olan vaxt heçkim demirdi mühafizə zolagının neçə metirdən müəyyən olduğunu,amma indi isə Əziz Əzizov olmadığı üçün həqiqət üzə çıxıb".Son olaraq Cəlilabad rayon sakini Aydın Hüseynov dogruxeber.tv infarmasiya agentliyiyinin əməkdaşlarından xahiş edərək bildirdib ki,"mən həmin günü çəkilən videonu sizə təqdim edirəm, sizdən bir daha xahiş edirəm ki, bu videonu yayimlayın ki, ölkə rəhbəri cənab İlham Əliyev görsün ki, Cəlilabadın keçmiş icra hakimi Əziz Əzizov bizim hüquqlarımızı pozub qanuni əmlakımızı əlimizdən almişdır".Bunun üçün sizin vasitəniz ilə ölkə prezidenti cənab İlham Əliyevdən xahiş edirəm ki, ailəmizə edilən haqsızlıqların bərpa olunması üçün aidiatı orqanlara öz göstərişini bildirsin və əlimizdən alınan torpağımızı geri qaytarsınlar.
Qarşı tərəfin də mövqeyin dinləyib dərc etməyə hazırıq:
dogruxeber.tv


