maraqli
26.03.2018, 11:12
Yerdən 9 min metr yüksəkdə qəribə qala - VİDEO

ABŞ səmasında çəkilmiş qəribə görüntülər sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.
Təyyarədə uçan sərnişinlərdən biri Florida ştatının Fort Loderdeyl şəhəri üzərindən keçərkən, yerdən 9 min metr hündürlükdə qəribə qalanın görüntülərini lentə alıb.
O, olanları belə izah edib: "12 min metr hündürlükdə uçurduq. Təxminən bizdən 3 min metr aşağıda qəribə tikiliyə rast gəldim. Dünyada bu hündürlüyə qalxacaq heç bir tikili yoxdur. Ən hündür tikili Dubaydadır. Onun hündürlüyü isə cəmi 828 metrdir".
Həmin görüntüləri təqdim edirik:


