Oqtay Şirəliyevin dostu xəstəxanaları bazara çevirib












Gəncə səhiyyəsində Əlikram Məmmədovun özəl qaydaları

Gəncədən Realliqinfo.org – a daxil olan məlumatda bildirilir ki, şəhərin səhiyyə ocaqlarında baş verən özbaşınalıqlar və qanunsuz tələblər artmaqla vətəndaşlar arasında narazılığa səbəb olub.
Şəhər Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədovun istəkləri və xəstəxanaların baş həkimlərindən tələb etdiyi qaydalar, müayinə üçün səhiyyə ocaqlarına üz tutan insanları şoka salıb.
Gəncənin demək olar ki, bütün xəstəxanalarında rüşvət xəstəliyini yayan Əlikram Məmmədov özünü Səhiyyə naziri Oqtay Şirəliyevin yaxın qohumu adlandırır. Qanunsuz tələblərə etiraz edən həkimləri isə cəzalandırmaq Məmmədov üçün çətinlik yaratmır. “Burda mənəm Bağdadda kor xəlifə” – deyib xəstəxana və poliklinikaları bazara çevirən Əlikram Məmmədovun özəl qaydaları aşağıdakı kimidir:

– Sadə cərahiyyə əməliyyatları adlanan, kor bağlırsağın kəsilib götürülməsi, boğazda artıq ətlərin kəsilməsi, burun üzərində cərahiyyə əməliyyatlarının aparılması və s. bu kimi əməliyyatlar 300-400 manat təşkil edir.
– Bir az ağır əməliyyatlar- qasıqda, qarın nayihəsindəki yırtıqların tikilməsi, qəza zamanı yaranmış zədələrin əməliyyat olunması 400-500 manat civarındadır.
– Ağır əməliyyatlar- daxili orqanlar zədələnən zaman aparılan əməliyyatlar, görmə orqaninin müalicəsi zamanı və doğuş zamanı aparılan əməliyyatlara görə vətəndaş 1500- 2500 manat ödəmək məcburiyyətindədir.

Realliqinfo.org –un araşdırmaları göstərir ki, xəstəxanalarda cərahiyyə şöbələrində tətbiq olunan qiymətlər şöbə müdirləri tərəfindən dəqiqləşdirilmir. Bu tapşırıqlar və qiymətlərin bu cür yazılaraq tələb edilməsi, şəhərin Səhiyyə idarəsinin qoyduğu tələblər əsasında gerçəkləşir. Səhiyyə idarəsindən baş həkimlərə verilən “qiymət cədvəli” ikincilər tərəfindən də şöbə müdirlərinə paylanır ki, nəticədə rüşvətin alınmasına nəzarət mexanizmi işə düşür. Xəstəxanalarda hər cərrah apardığı əməliyyata görə alınan rüşvətdən 10% – əldə edir. Bir əməliyyata görə alınan rüşvətin 10 % – şöbə müdiri və baş həkimə çatır. Pulun qalan hissəsi isə Gəncə səhiyyəsinin rəhbərinə çatır.

Xəstəxanalarda cərrahiyyə əməliyyatından sonra reanimasiya şöbəsinə yerləşdirilən xəstələr, orda bir həftə “soyulmaqla” əməliyyat olunurlar. Belə ki, xəstənin qohumları hər gün reanimasiya şöbəsinin şöbə müdirinə, həkimlərinə və tibb bacılarına gündə 100 manat ödəməli olurlar. Bundan əlavə, bütün dərman avadanlıqlarını da xəstənin yaxınları almaq zorundadırlar. Çünki Gəncə səhiyyəsinin baş rüşvət yığanı xəstəxanalara ayrılan iynə və dərmanları apteklərdə satdırmaqla yeni biznesini qurub.
Bir neçə il öncə Gəncə Səhiyyə idarəsinə Əlikram Məmmədov rəis təyin olundu. Bu təyinatdan sonra, Gəncənin bütün xəstəxana və poliklinikalarında həkimlərə nəzarət mexanizmi işə düşdü. Əslində bu nəzarət sözü oxucuları diqqətini qanunu nəzarətə yonəldə bilər. Amma, Əlikram həkim öz şəxsi maraqlarını həyata keçirmək üçün tətbiq etdiyi qaydaların icrasına nəzarətdən söhbət getdiyini xatırlayaq. Xəstəxanaların və poliklinikaların baş həkimlərinə aylıq “haqq” qoyan səhiyyə şefi çox keçmədi ki, şöbələrə də nəzarəti artırdı. Burda baş həkimlərin onu aldadacağından şübhələnən Əlikram Bayramov, özü birbaşa xəstələrdən nə qədər rüşvət alındığını jurnallarda qeyd etdirdi. Həmin jurnallar Əlikram həkimin xəstəxana və poliklinikalarda etibarlı adamları tərəfindən yazılmaqdadır. Baş həkimləri bu yolla tam nəzarətə götürməklə, səhiyyə ocaqlarına daxil olan gəliri də özününküləşdirməkdə çətinlik çəkmədi. Nəticədə xəstələrdən zorla yığılan rüşvəti özünün tapşırığı ilə, yuxarıda qeyd etdiyim qaydalarla bölüşdürən səhiyyə idarəsinin rəhbəri indi şəhərdə varlı məmurlardan biri sayılır.

Gəncənin döğuş prosesini həyata keçirən səhiyyə ocaqlarında vəziyyət daha acınacaqlıdır. Belə ki, hər doğuşa görə tətbiq olunan 500 manat rüşvəti bu gün ödəmək iqtidarında olmayan vətəndaşlarımız çoxdur. Lakin buna baxmayaraq, Əlikram Məmmədovun istəyini yerinə yetirməyənlər Gəncədə xəstəxanalarının döğuş şöbəsində uşaq dünyaya gətirə bilməzlər. Həkimlər, hörmətli səhiyyə şefinin “pulun yoxdur, doğma” devizinə sadiqdirlər. Döğuşun əməliyyat üsulu ilə həyata keçirənlər isə Əlikram müəllimin ikiqat tələbini, yəni 1000 manat ödəməlidirlər.

Gəncədə yerləşən və Əlikram Məmmədovun tabeliyində olan uşaq poliklinikalarında vəziyyət digərlər səhiyyə müəssisələrindəki kimidir. Burda valideynlər uşaqlarını müayinəyə gətirəndə mütləq həkimləri və tibb bacılarını razı salmalıdırlar. Şəhərin uşaqların müalicəsi üçün fəaliyyət göstərən xəstəxanasında isə durumun daha ciddi olduğunu gördük. Həmin səhiyyə ocağında isə bi gün uşağı ilə qalan və uşağının müalicə olunmasını istəyən valideyin günə 100 manat pul ödəməlidir. Uşaqlara dərmanları xəstəxanada tapmaq olar, amma həmin dərmanlar üçün pul ödənilməlidir. Gəncədə pulu olmayanın isə uşağını xəstəxanada müalicə etdirmə arzusu gerçəkləşə bilmir. Realliq.info- nun verdiyi məlumata görə ilk girişdə irəli sürülən tələblər Gəncənin Səhiyyə idarəsinin rəisini narahat etməsədə, sadə və uşağı xəstə olan vətəndaşı çətin duruma salır. Kimisi borc, kimisi də müxtəlif vasitələrtə əl atıb Əlikram Məmmədovun tətbiq etdiyi qaydaları icra edir.
Gəncə səhiyyəsində Əlikram Məmmədovun özəl qaydaları
Şəhərin səhiyyə ocaqlarında baş verən digər qanunsuzluq vətəndaşlara sağlamlıq arayışının verilməsi zamanı baş verir. Poliklinika baş həkimlərinin 30 manat tələbini yerinə yetirəndən sonra məqsədinə çatan vətəndaşların narazılıqlarının əsaslı olduğunun bir şahidinə çevrildik. Baş həkimlərin aldığı 30 manat rüşvətin neçə faizinin səhiyyə şevinə verildiyini dəqiqləşdirə bilmədik. Lakin, onu öyrənə bildik ki, bu qaydanıda Əlikram həkim tətbiq edib.

Gəncə səhiyyə ocaqlarında baş verən neqativ hallar, rüşvətxorluq, gündən-günə artmaqda davam edir. Realliqinfo.org qeyd edir ki, səhiyyə ocaqlarında xəstələrin və işçi kollektivinin qidalanması üçün nəzərdə tutulan ərzaqlar da mağazalarda satışa çıxarılır. Ərzaqın bir hissəsi isə bəzi şəxslərin, eləcədə səhiyyə şefinin yaxınlarının evlərinə pay olaraq daşınır. Nəticədə səhiyyə ocaqlarını şəxsi mülkü kimi talan edən Əlikram Məmmədov, gəncəlilərin haqlı narazılıqlarından çəkinmir. Özünü, Səhiyyə naziri Oktay Şirəliyevin ən yaxın dostu sayan idarə rəisinin şikayətçilərə qeyri-eti davranışı da diqqətdən yayınmır. Baş verənlərlə bağlı Səhiyyə idarəsi ilə əlaqə saxladıq. İdarədən bildirdilər ki, şəhərdə tədbir olduğu üçün sorğularımıza cavab vermək mümkün deyil. Biz qarşı tərəfin mövqeyini hər zaman öyrənməyə hazır olduğumuzu diqqətə çatdırmaqla əlaqəni bitirmiş olduq.

Biz ümid edirik ki, səhiyyə naziri Gəncə səhiyyəsində baş alıb gedən rüşvətxorluğa son qoyulması üçün tapşırıqlar verəcək və Əlikram Məmmədovun qanunsuz tələblərinə hüquqi qiymət verəcəkdir.
Realliqinfo.org


Oqtay Şirəliyevin dostu xəstəxanaları bazara çeviribOqtay Şirəliyevin dostu xəstəxanaları bazara çevirib

Oxunub: 1 213

Son xəbərlər

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bütün xəbərlər