Bu da insanın mimikasını təkrarlayan robot... - VİDEO













Böyük Britaniyanın Kembric Universitetinin professoru Piter Robinson insanın mimikasını tanıyan və təkrarlayan robot yaradıb.

Naked-science.ru saytının xəbərinə görə, "Çarlz” adlı robot Kembric Universitetinin texnologiyalar və kompüter elmləri bölməsinin proqramının bir hissəsidir.

Əməkdaşlar insanlarla robotların qarşılıqlı əlaqəsinin müxtəlif üsullarını araşdırırlar. Onlar robotun cavablarında emosiyaların mövcudluğunun ünsiyyətin daha yaxşı alınmasına imkan yaradacağını düşünürlər.

"Biz kompüterlərə sosial siqnalları, üz ifadəsi, səsin tonu və jestləri anlamaq qabiliyyəti vermək niyyətində idik. Düşündük ki, robotun cavablarında nə qədər çox emosiya olarsa, insanlar onunla daha çox qarşılıqlı əlaqədə olacaqlar”, – deyə professor bildirib.

Çarlz onun üz əzələlərini idarə edən 24 motora malikdir. Robot qaş, ağız, çənə və üzünün digər hissələrini hərəkət etdirir. Siqnal videokameradakı məlumatları analiz edən proqram təminatının quraşdırıldığı kompüterdən daxil olur. Kamera insanın sifətini çəkir və şəkli kompüterə göndərir. Bütün proses üç saniyə ərzində baş verir.

Professor Robinson robotun daha da təkmilləşdirilməsinin vacib olduğunu qeyd edib: "Çarlz insana çox bənzəyir. Lakin mexaniki motorlar əsl əzələlərlə rəqabət apara bilmir. Üz ifadəsinə nəzarət edən proqramlarımız hələlik idealdan uzaqdır. Həmçinin analitik proqram təminatı mükəmməl olmadığından mimika qeyri-təbii görünür”./İKT.lent.az



Oxunub: 1 291

Son xəbərlər

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bütün xəbərlər