Bakıda 22 yaşlı oğlan itkin düşüb – Onun girov götürüldüyü iddia edilir – VİDEO













Bakıda 22 yaşlı oğlan 9 gündür itkin düşüb

Paytaxtın Xəzər rayonu Türkan qəsəbə sakini 22 yaşlı Balabəy Azər oğlu Balayev martın 31-də evdən iş adı ilə çıxıb və geri qayıtmayıb. Atasının sözlərinə görə, oğlu Xətai rayonu ərazisindəki yanacqdoldurma məntəqələrindən birində operator işləyirmiş. Aprelin 1-də yanacaqldorurma məntəqəsinin rəhbəri Balabəyin atasınə zəng vurub bildirib ki, oğlunun həmin məntəqəyə borcu var.

9 gündür evə gəlmədiyi üçün hər iki valideyn iddia edir ki, yanacaqdoldurma məntəqəsinin rəhbərliyi Balabəy Balayevi borca görə girov saxlayıb. Çünki atası Azər Balayev deyir ki, oğlunun evə gəlməməsi barədə hər gün yanacaqdoldurma məntəqəsinin sahibinə zəng vurur. Amma qarşı tərəf ona cavab vermir. Elə bu da ailəni belə düşünməyə vadar edir.

Anası Rəsmiyə Balayeva həmin günü işlədiyi yanacaqdoldurma məntəqəsinə borcu oluğunu bilən kimi oğlu ilə telefonda danışdığını deyir. Ağlayaraq anasına cavab verən oğlan bir dəqiqə danışmadan telefonu söndürüb.

O gündən uşaqlarını axtarmağa başlayan valideynlər bu barədə bütün qohumlarına və Daxili İşlər Nazirliyinin ”102” xidmətinə məlumat veriblər.

Məsələ ilə bağlı Balabəy Balayevin işlədiyi yanacaqdoldurma məntəqəsinin müdir müavini Elçin Məmmədov bildirdi ki, onun 431 manat yanacağın pulundan borcu yaranıb. Amma valideynlərin girov məsələsinə qaldıqda müdir müavini bunun cəfəngiyat olduğunu deyir. Onlar Balabəy Balayevin atası gələnə qədər məntəqədən necə çıxıb getməyini əks etdirən kamera görüntülərini də təqdim etdilər. Elçin Məmmədov təhlükəsizlik kamerasına düşən həmin kadrları polisə də verdiyini deyir. Ərazi üzrə 35-ci polis bölməsindən bildirdilər ki, həmin gəncin tapılması istiqamətində işlər aparılır.



dogruxeber.tv



Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər