Erməni silahlı bölmələrinin yaraladığı Ağcabədi sakininin vəziyyəti ağırdır - FOTO

















Ağcabədi rayonunun qoşunların təmas xəttinin yaxınlığında yerləşən Yuxarı Qiyaməddinli kəndinin sakinləri təsərrüfat işləri ilə məşğul ola bilmirlər. Əsas qazancı əkin-biçindən və heyvandarlıqdan olan kənd camaatının sözlərinə görə, hər il yaz vaxtı, əkin-biçinin qızğın çağında erməni silahlıları onları hədəf alır, sahələrə çıxmağa imkan vermirlər. Bu gün – aprelin 18-də baş verən hadisə də bunu təsdiqləyir. Belə ki, Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il 15 mart təvəllüdlü Hacıyev Rahim Azər oğlunun əkin sahəsində təsərrüfat işləri ilə məşğul olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində yaralanması düşmənin dinc sakinləri hədəfə aldığını bir daha göstərir.

AZƏRTAC-ın bölgə müxbiri Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında olub, yaralı kənd sakininin vəziyyəti ilə maraqlanıb.

Rahim Hacıyevın əmisi Natiq Hacıyev bildirib ki, qardaşı oğlu özünün pay torpağında işləyərkən, mal-qarasını otararkən erməni hərbçilərinin atəşinə məruz qalıb. "Rahimin yaralandığını eşitdikdən sonra tez ora yollandım. Onu maşınımla rayon mərkəzi xəstəxanasına gətirdim. Xəstəxanada həkimlərin səyi nəticəsində qardaşım oğlunun həyatı xilas olundu, indi tibb işçilərinin nəzarəti altındadır. Bu, kəndimizdə yaşanan birinci belə hadisə deyil. Erməni hərbçiləri tez-tez bizi hədəf alır, təsərrüfat işləri ilə məşğul olmağa imkan vermirlər. Buna baxmayaraq, biz öz ordumuza güvənərək, doğma torpağımızda yaşayırıq”, - deyə Rahim Hacıyevın əmisi qeyd edib.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri Vaqif Bağırov yaralının vəziyyəti barədə məlumat verərək bildirib ki, güllə yarası ilə xəstəxanaya çatdırılan Rahim Hacıyev müayinələrdən keçirildi, analizlər götürüldü: "Xəstə təcili əməliyyat olundu. Müayinə zamanı aşkarlandı ki, güllə xəstənin sağ tərəfdən döş qəfəsindən daxilə keçib. Güllənin 12-ci döş fəqərəsi ilə 1-ci bel fəqərəsi arasında olduğu müəyyən edildi. Güllə döş və qarın aortasının arxa səthində, onurğanın ön səthində sümüyə sirayət edib. Vacib orqanların əhatəsində olduğu üçün gülləni çıxarmaq mümkün olmadı. Cərrahiyyə əməliyyatı zamanı içəri sirayət etmiş qan təmizləndi, ağ ciyərin aşağı hissəsi təmizlənərək tikildi və ağ ciyərin germetikliyi təmin edildi. Hazırda xəstə reanimasiya şöbəsindədir və vəziyyəti ağır qiymətləndirilir”.

AZƏRTAC-ın bölgə müxbiri hadisənin baş verdiyi kənddəki vəziyyətlə tanış olmaq üçün Yuxarı Qiyaməddinliyə yola düşüb. Onun kənddən hazırladığı reportajı təqdim edəcəyik.


Erməni silahlı bölmələrinin yaraladığı Ağcabədi sakininin vəziyyəti ağırdır - FOTO



Erməni silahlı bölmələrinin yaraladığı Ağcabədi sakininin vəziyyəti ağırdır - FOTO

Erməni silahlı bölmələrinin yaraladığı Ağcabədi sakininin vəziyyəti ağırdır - FOTO

Son xəbərlər

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

Bütün xəbərlər