hadise
20.04.2018, 03:53
Azərbaycanda zəlzələ olub

Azərbaycan ərazisində zəlzələ olub. dogruxeber.tv-ın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, aprelin 19-da Siyəzəndən 13 kilometr qərbdə, Şabran rayonu ərazisində 3,4 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar yerli vaxtla saat 22:17-də qeydə alınıb.
Zəlzələ episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.


