“Alt paltarını açıb iyrənccəsinə aləmə göstərəndə…” -Flora Kərimova Röyanı biabır etdi














“Röya, nə vaxt sənin “əlindən öpmüşəm” və nə vaxt “qızımın toyuna gəldiyin üçün məni şərəfləndirdin” demişəm?? Düşünürdüm ki, 80 yaşım ərəfəsində məni təəccübləndirən daha absurd bir şey ola bilməz. Amma bunu da gördüm”.

Moderator.az xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova lent.az-da yayımlanan köşəsində qeyd edib. F. Kərimova əməkdar artist Röya Ayxanın onun barədə söylədiyi fikirlərə sərt reaksiya verib:

“Birinci gələk sənə qarşı etdiyim “haqsızlıqlara”, sənin dilindən desək “səhvimə”. Mən səhvim olduğu halda tərəddüd etmədən istənilən insandan üzr istəməyə hazıram. Yetər ki, səhvi göstərə bilsin. Görünür, ən böyük səhvim səni sənətkar saymamağımdır. Bəli, səni sənətkar saymıram! Nəinki səni, sənin “sənətkar” saydıqların belə mənə görə sənətkar olmayıb”.


Müğənni R. Ayxanı nankorluqda ittiham edib: “Gələk sənin nankorluğuna. Demirəm sənin ulduzunun ən parlaq vaxtında, sənə təriflər gələndə, mən də onların sırasındaydım. Amma heç vaxt demədim ki, Röya pis müğənnidir, pis oxuyur.

Sənətkar saydığın İlhamə Quliyeva səni “iylənmiş”, “bitli baş”, “yuyulmamış…” və sairə adlarla alçalda-alçalda təhqir edəndə, kim səni müdafiə etdi?! Bunudamı unutdun? Bu idi sənə olan haqsızlıqlarım? Yoxsa, kişilərin atasını söyəndə, alt paltarını açıb iyrənccəsinə aləmə göstərəndə, qucaqlarda abırsız şəkillərin jurnalların üz qabığını bəzəyəndə, kürsünü vanna otağındakı unitazla əvəz edəndə, oxuduğun xalq mahnısını bayağı hala salıb yağış sözünə biədəb qafiyə qoşub dillər əzbəri edəndə, təklikdə, təkrar edirəm, təklikdə demədimmi ki, “qızım, belə olmaz, gələcəyini düşün”? Bu idimi sənin haqqını çeynəməyim?

Sənə deyəndə ki, “qızım, övlad sahibi olacaqsan, qapı döyəcəksən, qapını döyəcəklər, etdiyin hərəkətlər Anaya, illah da Azərbaycan Qadınına yaraşan hərəkətlər deyil” – səhvim idi, yoxsa sənə qarşı etdiyim haqsızlıq?! Durub illər sonra efirdə Sevil Nuriyevanın verilişində ağlaya-ağlaya Millətə yalvaranda “kiminsə videolarını (Faiqi nəzərdə tuturdu – F.K.) telefonlardan sildirən kişilər mənə kömək etmədilər, mən anayam, ev xanımıyam, bir oğlum var, bu gün nələr verərdim ki, o videoları internetdən, telefonlardan silsinlər”. Onda da sənin ağlına gəlmədi ki, Flora mənə məsləhəti ilə yaxşıların yaxşısını edibmiş”.



Xalq artisti Röyanın oğlunun yanında barmaqla qeyri-etik işarə göstərməsini qınayıb:

“İllər qabaq mənim ünvanıma yönəltdiyin jurnaldakı jest sənin üçün vərdişli, normal bir haldır.Oxuculardan üzr istəyərək, səhifədə olan şəkil və mətni təqdim edirəm. Belə bir jesti azyaşlı oğlunun yanında rahatca göstərəndə nə övladından, nə də millətindən utanmadınmı? Öz ailə mədəniyyətini, oğluna rəva bildiyin tərbiyəni bu şəkildə sərgiləmək mütləq idimi? Ana instinktini, Qadın ismətini şəxsi sərbəstliyinə bu dərəcədə qurban verməyə dəyərdimi? Düşündünmü gələcəkdə övladına, xüsusən oğlan övladına utanc gətirən çox problemlər yaradırsan? Ağıllı insan öz səhvindən öyrənər, müdrik insan başqalarının. Ağlı kəsəndə bağışlayacaqmı səni? Bəzən kiminsə varlığı, bəzənsə kiminsə yoxluğu insana görk olur. Bu gün oğlan övladının yanında oturuşunu bilməyən, etdiyi jestin fərqinə varmayan, sabah artıq nə qədər pərdələri araladığını və illər sonra o pərdələri deşib keçən barmağının ağrısını özündə hiss edəcək. Diqqətli düşünsən, nə dediyimi yaxşı anlayarsan!

Allah övladını xoşbəxt etsin. Aydın şüurla arzuladığın kimi bir kişi oğul olsun, sözün böyük mənasında! İndi uşaqdır, çox şeyin fərqində deyil hələ. Sən onun üçün mələksən, hamıdan böyük, hamıdan güclüsən. Hələ sənə sadəlövhcəsinə sual verir: “Ana, səni hamı tanıyır?” 10 il sonra isə özü səndən buraxdığın səhvlərin fərqinə varıb, artıq həyatı anlayan hakim dərəcəsində soruşanda ki, “Ana, Flora xanım sənə nə demişdi ki, onu sevmirdin?”, çox ümid edirəm ki, o vaxt ona üzün qızarmadan, daha ağıllı və ən vacibi, yalansız cavabına sonrakı həyat tərzinlə haqq qazandırasan. Abırsızlıqla ağılsızlıq əl-ələ verəndə insanın evi yıxılır!!! Həddini bil”.



“Alt paltarını açıb iyrənccəsinə aləmə göstərəndə…” -Flora Kərimova Röyanı biabır etdi


“Alt paltarını açıb iyrənccəsinə aləmə göstərəndə…” -Flora Kərimova Röyanı biabır etdi

Oxunub: 1 161

Son xəbərlər

Avtomobildə sıxılan sürücü XİLAS EDİLDİ

Cevdet Yılmaz: Azərbaycan-Ermənistan sülh sazişindən hər kəs qazanacaq

"Leobank"dan narazılıq: Davamlı zənglər, dözülməz vəziyyət...

Britaniyalıların yarıdan çoxu Avropa İttifaqına qayıdışı dəstəkləyir

Fidan və Lavrov fəaliyyət planını imzaladılar

Hörmüz boğazında iki ticarət gəmisi atəşə tutulub

Rusiyanın 4 mühüm neft emalı obyekti VURULDU

Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

"Abşeron Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi

Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Ermənistana uçuşlar başlaya BİLƏR

İran Hörmüz boğazını yenidən BAĞLADI

FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib

Rusiyada ittiham edilən azərbaycanlı sabiq nazir müavini kimdir?

Hikmət Hacıyev Venesuelanın XİN rəhbərinin müavini müzakirələr apardı

Bakının bu ərazilərində torpağın sotu 2 milyondur

Azərbaycan və Yəmən arasında əməkdaşlıq müzakirə olunub

Dağıstanda 117 yaşayış evi hələ də su altındadır

"Ege Hospital"da yeni doğulan körpə öldü

Sabah Bakıda 24 dərəcə isti olacaq

Azərbaycanın generalı VƏZİFƏDƏN AZAD EDİLDİ

Azərbaycanda güclü təbii FƏLAKƏT

Banka borcunu ödəməyənləri BU CƏZA GÖZLƏYİR

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq

“Atam 8 dəfə öz musiqiləri altında əməliyyat olunub"

Hacıqabulda keçmiş məhkumda 4 kq narkotik vasitə aşkarlanıb

Abşeronda yağışın fəsadları aradan qaldırılır

Hava ilə bağlı yol polisindən sürücülərə müraciət

Nyu-York birjasında təbii qazın qiyməti artıb

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Bütün xəbərlər