iqtisadiyyat
28.04.2018, 09:44
Neft ucuzlaşıb

Dünya birjalarında neft ucuzlaşıb.
dogruxeber.tv xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,22 dollar və ya 0,32% azalaraq 67,97 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,10 dollar və ya 0,13% azalaraq 74,64 dollar təşkil edib.


