Jurnalistlərə tikilən binadan “ev veren” redaktora 8 İL HƏBS









“Zaman Press” qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmə davam edib.

dogruxeber.tv Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə jurnalistin vəkili çıxış edərək müvəkkili barəsində şərti cəza verilməsini xahiş edib.

Zərərçəkən çıxış edib ki, bu adam kiməsə arxayındır: “Nə istintaq, nə də məhkəmə bəzi detalları ortaya çıxarmadı. Görünür kimsə buna nəsə söz verib və deyib ki, səni çıxardacağıq. Bu bilmirdi ki, belə işlərin axırı pis olacaqdı”.
Məhkəmədə son sözlə çıxış edən Gündüz Hüseynov məhkəmədən ədalətli qərar çıxarılmasını istəyib: “Özümü qismən günahkar hiss edirəm. Mənim də elədiyim olub, amma hər şeyin çoxunu edənlər çöldədir”.

Təqsirləndirilən cibindən iki körpə uşağının şəkilini çıxardaraq hakimlərə göstərib: “Bu uşaqları görürsünüz, bunların gələcəyini nəzərə almağınızı xahiş edirəm”.

Xatırladaq ki, prokuror çıxışında Gündüz Hüseynovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hakimlər kollegiyasının hökmünə əsasən isə, Gündüz Hüseynov 3 il rəhbər və jurnalist fəaliyyətindən məhrum edilməklə 8 il azadlıqdan məhrum edildi.

Qeyd edək ki, G.Hüseynov öz işçilərinin 264 min manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir. O bütün zərərçəkənlərə jurnalistləri tikilən binada ev verdirəcək vədi verib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2-ci (iştirakçılığın növləri, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.

Gündüz Hüseynov da bundan qabaq 3 dəfə məhkumluq yaşayıb.

Son xəbərlər

"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

Bütün xəbərlər