Gül bayramı ləğv edilib? – Bakı Meriyasından AÇIQLAMA

















2000-ci ildən etibarən hər il mayın 10-da Bakının sabiq meri Hacıbala Abutalıbovun təşəbbüsü əsasında görkəmli siyasi xadim Heydər Əliyevin doğum günü ilə bağlı keçirilən Gül bayramına bu dəfə hazırlıq aparılmır.

Əvvəlki illərdə Bakıda, Heydər Əliyev Sarayın qarşısında və “Qış bulvarı”nda keçirilən bayram hazırlıqları aprelin sonundan başlayırdı. Hacıbala Abutalıbovun göstərişilə müxtəlif dekorasiyalar qurulur, xarici ölkələrdən al-əlvan güllər gətirilirdi.

Səhər saatlarında başlayan bayram tədbirlərinə axşam atəşfəşanlıqla yekun vurulurdu. Bu gün mayın 2-si olmasına baxmayaraq, Gül bayramına hər hansı hazırlıq işləri getmir…

Xatırladaq ki, yalnız 2016-cı ildə də Gül bayramı prezident İlham Əliyevin göstərişilə fərqli formatda keçirilmişdi. Belə ki, dövlət başçısı tədbirin keçiriləcəyi vaxtın “Aprel şəhidləri”nin 40 mərasiminə düşdüyünü nəzərə alaraq, bayramın ləğvi haqda göstəriş vermişdi. 2017-ci ildə isə bayram iməclik formatına salınmışdı.



Moderator.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Gül bayramına hazırlıqla bağlı şöbəyə hər hansı məlumat daxil olmayıb:

“Hər halda tədbir nəzərdə tutulsaydı, hazırlıq işləri başlayardı”.



Gül bayramı sabiq mer Hacıbala Abutalıbovun təşəbbüsü ilə qeyd olunurdu. Bayram Heydər Əliyevin ad günündə – 10 mayda başlayır və bir neçə gün davam edirdi.

Meriyanın sifarişi ilə bayramda istifadə edilən güllər əsasən Hollandiya, İtaliya, Fransa və Almaniyadan gətirilirdi.

Təkcə 2012-ci ildə paytaxta müxtəlif rənglərdə olan 116 ton gül gətirilmişdi. Həmin il bayramda güllərin sayı milyonu keçmişdi. Bayramda həmçinin güllərdən hazırlanmış Heydər Əliyevin portreti təqdim olunmuşdu. Abutalıbovun sözlərinə görə, gül kompozisiyalarının yaradılması üstündə qərb dizaynerlər və yerli ustalar birgə işləmişdilər.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər