sosial
5.05.2018
Ramil Usubov Bərdədə vətəndaşları qəbul edəcək

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 26-da Bərdə Rayon Polis Şöbəsində Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə və əməkdaşlarının fəaliyyətinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.


