“Ermənistanı düşdüyü quyudan yalnız möhtərəm Prezidentimiz qurtara bilər...” - Bayram Səfərov












Ermənistanda yaranmış hazırkı xaotik bir durumdan yararlanaraq dövlətimizin bütün cəbhələrdə işğal altındakı torpaqlarımızla bağlı fəaliyyətini gücləndirəcəyi gözləniləndir. Bu sahədə ictimai təşkilatlar, qeyri-hökumət qurumları, eləcə də Dağlıq Qarabağın Azərbaycanlı İcması dövlətin siyasətinə dəstək olaraq müvafiq tədbirlər təşkil edə bilər. Həmin qurumların xaricdə Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlbir işləməsi də vacibdir

“Dağlıq Qarabağ İcmasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə Avropanın paytaxt şəhərlərində, beyin mərkəzlərində Qarabağ məsələsi ilə bağlı mütəmadi tədbirlər keçirərək dövlətimizin bu istiqamətdəki siyasətinə dəstək verməsi gözlənilirmi?” sualına cavab olaraq Dağlıq Qarabağ İcmasının rəhbəri Bayram Səfərov Moderator.az-a bunları söyləyib:

“Möhtərəm Prezidentimiz Diasporla İş üzrə Dövlət Komitəsində kadr dəyişikliyi etdi. Diaspor Komitəsinin yeni sədrinə uğurlar arzulayırıq. Biz Qarabağ icması olaraq daim Diaspor Komitəsi ilə birgə işləməyə, məsləhət görülən tədbirləri keçirməyə, Qarabağdakı erməni icması ilə də dialoq qurmağa hazırıq. Amma hazırkı şəraitdə hər hansı bir tutarlı iş görmək mümkün deyil. Çünki Ermənistanda qeyri-sabitlik hökm sürür. Nə qədər ki, orada sabitlik bərpa olunmayıb, nə qədər ki, Ermənistanda nisbətən ağıllı bir rəhbər hakimiyyətə gəlməyib, diasporla, icma ailə görüləcək bütün işlər mənasızdır… Gərək ermənilər özlərinə bir ağıllı-başlı rəhbər seçələr. Ermənistan rəhbərliyi işğalçılıq niyyətlərindən əl çəkə və Azərbaycana, daha doğrusu, ən vacibi, möhtərəm Prezidentimizə müraciət edə ki, bizə kömək edin. Ermənistanı yalnız möhtərəm Prezidentimiz düşdüyü quyudan çıxara bilər. Heç bir dövlət ermənilərə kömək etməyəcək. Əgər ağılları varsa, işğalçılıq niyyətlərindən əl çəksinlər və cənab Prezident İlham Əliyevə müraciət etsinlər ki, xahiş edirik, bizə diqqət və qayğı göstərəsiniz… Onsuz da nəinki Dağlıq Qarabağdakı ermənilərin, hətta Ermənistandakı Azərbaycandan köçmüş ermənilərin də sovet dövründən aldıqları Azərbaycan pasportları var. Və onlar, həmişə dediyim kimi, Azərbaycandan getdiklərinə çox peşimandırlar. Bu dəqiqə hamısının Azərbaycandan ötrü ürəkləri gedir, Sərkisyanlara, Köçəryanlara isə nifrət edirlər…”/Yenicag.az

Son xəbərlər

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bütün xəbərlər