Elçibəy hökumətinin baş naziri 9 may qadağasından danışdı













Pənah Hüseyn: “Bunun bir sıra səbəbləri var idi və əsassız deyildi”
9 may İkinci Dünya müharibəsinin başa çatması və faşizm üzərində qələbə günü Azərbaycanda qeyri-iş günü olan dövlət bayramları sırasında yer alır. Azərbaycan 9 may Qələbə gününü yüksək səviyyədə qeyd edir.

Bir neçə gündür ki, həm telekanallarda, həm sosial şəbəkələrdə müzakirə mövzularında biri də Xalq Cəbhəsi hakimiyyəti dövründə 9 mayın dövlət bayramı kimi qeyd edilməsinə qadağa qoyulmasıdır. İddia olunur ki, Əbülfəz Elçibəy hakimiyyəti 9 mayı qeyri-iş günü olan dövlət bayramları siyahısından çıxarmışdı.

Bəs əslində belə bir addım atılmışdımı?

Xalq Cəbhəsi hakimiyyətinin dövlət katibi və baş naziri olmuş Pənah Hüseyn “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, 9 may faşizm üzərində dünya xalqlarının böyük bir hissəsinin qələbəsi kimi qeyd edilir. Anti-Hitler koalisiyasının əksər ölkələrində faşizm üzərində qələbə günü kimi 8 may qeyd olunur. Çünki 8 mayda Almaniya hərbi komandanlığı təslim aktı imzalamışdı. 9 mayda isə koalisiyanın əsas üzvlərindən olan SSRİ rəhbərliyinin təkidi ilə ikinci bir təslim aktı imzalanmışdı. Ona görə də qələbə günü keçmiş sovet bloku ölkələrində 9 mayda qeyd olunurdu: “Onu da deyim ki, SSRİ-də 9 may qələbə günü 1965-ci ildən rəsmi dövlət bayramı kimi qeyd olunmağa başlayıb. SSRİ bunu Böyük Vətən müharibəsinin qələbə ilə başa çatması günü kimi qeyd edirdi. Yəni bu məsələ xeyli dərəcədə ideoloji yükə malik olan bayram idi. SSRİ dağılandan sonra keçmiş sovet respublikalarında 9 may faşizm üzərində qələbə günü olaraq qeyd olunub. İndi isə bir qədər məlumatsızlıqdan irəli gələn təhrifə yol verilir. Bu bayramın qeyri-iş günü olan bayram kimi qeyd olunub-olunmaması xeyli dərəcədə ideoloji bir məsələ idi.

1993-cü ilin əvvəlində Azərbaycan Respublikasının dövlət bayramları, o cümlədən iş olmayan bayramların siyahısında 9 may yox idi. Bunun da bir sıra səbəbləri var idi və əsassız deyildi. Yeni müstəqillik qazanmış və SSRİ-dən ayrılmış ölkələrdə bir sıra addımlar atılırdı ki, bu, yenidən keçmiş sovetlər birliyinin bərpası, əldə olunmuş müstəqilliyin aradan qaldırılmasına səbəb ola bilərdi. Ona görə də SSRİ-nin geri qaytarılmasına xidmət eləməsi ehtimal olunan bir sıra ideoloji yüklərdən xilas olmaq məqsədəuyğun sayılırdı. Bunların içərisində 9 may günü də var idi. Çünki bu gün SSRİ-nin qorunub saxlanmasına xidmət eləyən bir məna kəsb etmiş günə çevrilmişdi. SSRİ 9 mayı nə qədər öz siyasi məqsədləri üçün ideolojiləşdirmişdisə də, şübhəsiz ki, 8-9 may tarixi gündür”.

Son xəbərlər

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Bütün xəbərlər