Səlim Müslümova daha bir zərbə – korrupsiya ittihamı rəsmiləşdi













Hesablama Palatası sabiq əmək və əhalinin sosial müdafiəsi nazirinin nəzarət etdiyi Pensiya Fondunda ciddi qanunsuzluqlar aşkarlayıb; ölmüş şəxslərə pul “ödənib”, bir adam 2 rayondan pensiya alıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətində ciddi qüsurlar aşkarlanıb. Bu barədə Hesablama Palatasının ötənilki fəaliyyətinə dair hesabatında məlumat verilib. Sənəddə qeyd olunur ki, 2016-cı ildə ilin əvvəlinə nisbətən sonunda sığortaedənlərin Dövlət Sosial Müdafiə Fonduna borcu 21 milyon 612,2 min manat və ya 6,7 faiz artaraq 342 milyon 877,2 min manat təşkil edib(APA).

Hesabatda bildirilib ki, 2016-cı ili əhatə edən auditin başlanıldığı tarixə 181 halda pensiya alan şəxslərin vəfat etdiyi tarixdən sonra hesabların bağlanılmadığı, həmin hesablara ödənişlərin davam etdirilərək 624,5 min manat, 35 şəxsin eyni zamanda fondun iki müxtəlif yerli orqanından əmək pensiyası aldığı və nəticədə onlara ikiqat pensiya ödənilərək, ümumilikdə 319,1 min manat məbləğində vəsait ödənildiyi məlum olub.

2016-cı ildə fondun Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş İdarəsində qeydiyyatda olan müəssisə və təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olan 492 nəfər, İri Sığortaedənlərlə İş İdarəsində isə 416 nəfər fondun müxtəlif şəhər və rayonlarında əlilliyə görə əmək pensiyasını tam məbləğdə alıb, bu səbəbdən artıq ödənilən pensiya məbləği ümumilikdə 1092,6 min manat təşkil edib.

Sığortaolunanların sanatot riya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər üzrə 01.01.2016-cı il tarixə Konfederasiyanın hesabında 662,7 min manat məbləğində qalıq olmasına baxmayaraq həmin vəsait təsdiq olunmuş illik xərclərdə nəzərə alınmayıb, qanunvericilikdə fondun vəsaitlərinin düzgün və məqsədyönlü xərclənməsinin ildə bir dəfədən az olmayaraq yoxlanılması nəzərdə tutulsa da, fond və nazirlik tərəfindən konfederasiyada müvafiq yoxlamalar həyata keçirilməyib.

Hesablama Palatasının bu hesabatı DSMF sistemindəki ciddi maxinasiya mexanizminin açıqlanması deməkdir. Ölmüş şəxslərin adına pensiya ödənməsi, bir nəfərə 2 rayondan pensiya ödənməsi kimi hallar fondun bütün rayonlarında mövcud olan mənimsəmə mexanizminin tərkib hissələridir.

Xatırladaq ki, “Yeni Müsavat” bir müddət öncə DSMF sistemindən uzun illər ərzində 2-2,5 milyard manat vəsaitin yoxa çıxmasına dair məlumat yaymışdı. Hesablama Palatasının bu hesabatı göstərir ki, fond sistemində oturuşmuş korrupsiya sxemi yaradılıb. İşəgötürənlərin işçi sayını, əmək haqqını az göstərmələri, son illərdə isə kütləvi şəkildə işçiləri əmək müqaviləsindən xidməti müqaviləyə keçirmələri kimi neqativ halların çox geniş vüsət almasında bu korrupsiya sxemi ciddi rol oynayıb.

İddialara görə, korrupsiya mexanizmi bir neçə ay əvvəl fondda aparılan yoxlamalar zamanı üzə çıxarılıb. Onun detallarının dəqiqləşdirilməsi, həmçinin qeyd olunan mexanizm üzrə hesablamalar aparılıb. Nəticə o qədər ilginc olub ki, birbaşa ölkə rəhbərliyi məlumatlandırılıb. İddialara görə, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yeni kabinetdən kənarda qalmasının ən mühüm səbəbi də məhz bu məsələdir. Xatırladaq ki, DSMF-yə 2002-ci ildən bəri S.Müslümov rəhbərlik edib. Yalnız 2013-2016-cı illər arasında qısamüddətli dövrdə fondun sədri Elman Mehdiyev olub. 2006-cı ildən fond yenidən S.Müslümovun nəzarətinə keçib – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe etdirilib.

İqtisadçı-alim, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyevin fikrincə, DSMF-nin fəaliyyətindəki qeyri-şəffaflıq və yumşaq desək, nöqsanlar onun bir neçə funksiyanı eyni vaxtda icra etməsindən qaynaqlanır: “Sosial Müdafiə Fondu həm sosial ödənişlərin dərəcələri ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edir, həm sosial ödənişləri toplayır, həm də onların xərclənməsini həyata keçirir. Bu isə əvvəla, normal praktikada yolverilməzdir. İkinci bir tərəfdən, bu halda maraqlar toqquşması deyilən prosesi tənzimləmək mümkün olmur. Elə bir sistem qurulmalıdır ki, bu funksiyaları icra edən qurumların bir-birinə nəzarət imkanı yaransın. Ümumiyyətlə, Azərbaycanda bütün fiskal yığımların bir quruma verilməsi daha düzgün olardı. Məsələn, Vergilər Nazirliyi bütün vergi və sosial ödənişlərin toplanmasını təmin edə bilər. Daha sonra müvafiq qurumlar onun xərclənməsini həyata keçirər. Bu halda fondun da fəaliyyətində şəffaflığı təmin etmək mümkündür. Əks halda, indiki vəziyyət davam edəcək. Hansı ki, bu vəziyyət toplanan vəsaitlərin gizlədilməsinə, işəgötürənlərlə gizli razılaşmalara gedilməsinə əlverişli imkanlar yaradır. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanda qeyri-rəsmi məşğulluq çox yüksək səviyyədədir, işçilərlə əmək müqaviləsi əvəzinə xidməti müqavilələrin imzalanması, real əmək haqqının gizlədilməsi halları geniş yayılıb”.

A.Mehtiyev deyir ki, DSMF-nin fəaliyyəti ilə bağlı sistemli və detallı məlumatlar açıqlanmır: “Məlumatlar sistemsiz və qeyri-müntəzəm açıqlanır, detallı olmur. Fondun gəlir və xərclərinə dair illik məlumatlar çox ümumi, normal təhlillərin aparılmasına imkan verməyən formadadır. Belə şəraitdə qanunsuzluqların, mənimsəmələrin olması qeyri-adi görünmür”.

Qeyd edək ki, son aylarda mətbuatda Sosial Müdafiə Fondunun bir neçə şöbəsində Baş Prokurorluq Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən yoxlamalar aparıldığına dair məlumatlar da yer alıb.


Səlim Müslümova daha bir zərbə – korrupsiya ittihamı rəsmiləşdi

Səlim Müslümova daha bir zərbə – korrupsiya ittihamı rəsmiləşdi

Səlim Müslümova daha bir zərbə – korrupsiya ittihamı rəsmiləşdi

Son xəbərlər

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

Bütün xəbərlər