“Bələdiyyə sədrləri dönüş yaratmalıdırlar”













Acınacaqlı hallardan biri də odur ki, bəzi bələdiyyələr gəlir və xərcləri ilə bağlı məlumatları BAMS proqramında yerləşdirmirlər və ya Milli Assosiasiyaların müdaxiləsindən sonra bunu edirlər. Həmin proqram bələdiyyələrin gündəlik işi olduğu halda məlumatların yerləşdirilməməsinin, vergi ödəyicilərinin qeydə alınmamasının səbəbini necə izah etmək olar? İllərlə yığılıb qalmış vergi borclarının ödənilməsini təmin etmək üçün niyə qanvericiliyin yaratdığı imkanlardan tam istifadə edilmir?

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezidenti Administrasiyasının Ərazi-təşkilat şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov mayın 16-da Abşeron rayonu Xırdalan şəhərində keçirilmiş Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağinda söyləyib.

Bildirib ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı qəbul edilmiş yeni qanunların, mövcud qanunlarda edilmiş əlavə və dəyişikliklərin bələdiyyələrdə tətbiqi ciddi şəkildə təmin olunmalıdır. Ona görə də qanunun aliliyini, yeniliyi, şəffaflığı, sakinlər qarşısında hesabatlılığı təmin etməyən bələdiyyə sədrlərinin fəaliyyəti ilk növbədə seçicilərini və müvafiq dövlət orqanlarını narahat etməyə bilməz.

O, Azərbaycanda bələdiyyələrin fəaliyyəti zamanı yaranan problemlərin həlli və gələcək inkişafı üçün lazımi tədbirlərin görülməsi aidiyyəti dövlət orqanlarının daim diqqət mərkəzində olduğunu deyərək, vergi və ödənişlərin toplanması, gəlir və xərclər sahəsində şəffaflığın təmin olunması məqsədi ilə Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramı hazırlandığı və artıq bir ildən çox bələdiyyələrdə tətbiq edildiyini bildirib.

Proqramın tətbiqi bələdiyyələrin vergi və maliyyə sahəsindəki fəaliyyətini xeyli dərəcədə təkmilləşdirib, yerli vergi ödəyicilərinin elektron məlumat bazası əsasında dəqiq uçotunun aparılması mümkün edib.

Bələdiyyələrin normal fəaliyyətinin təmin edilməsi üçün dövlət hakimiyyət orqanları bələdiyyələrin inkişafı üçün zəruri tədbirləri davamlı olaraq həyata keçirdiyini diqqətə çatdıran Emin Eyvazov 2017-ci ildə ölkə bələdiyyələrin ümumi büdcə gəlirləri, 2016-cı ilə nisbətən 14,1 faiz artaraq 36.079.400 manat təşkil edib. Proqrama qoyulmuş 141 qəsəbə bələdiyyəsinin illik büdcə gəlirləri ötən dövrlə müqayisədə 3.6 faiz artaraq 7.716.047 manat olub ki, bu da ölkə üzrə illik büdcə gəlirlərinin 21.4 faizini təşkil edir.

Ümumilikdə respublikanın 54 şəhər və rayon bələdiyyələri üzrə yerli büdcə gəlirlərində artım baş verib. Daha çox artım qəsəbə və kənd bələdiyyələrinin payına düşür.

Emin Eyvazov bələdiyyələrin yerli vergi və ödənişlərdən başqa digər maliyyə mənbələrinin yaradılması istiqamətində heç bir səy göstərmədiklərinə ciddi iradını bildirərək qeyd edib ki, 3 bələdiyyə istisna olmaqla ölkə bələdiyyələrinin heç birində əlavə gəlir gətirə bilən istehsal, xidmət və ya hər hansı digər fəaliyyətlə məşğul olan bələdiyyə müəssisəsi yaradılmayıb.

“Bu istiqamətdə bələdiyyə sədrləri ciddi düşünməli və fəaliyyətlərində dönüş yaratmalıdırlar”, – deyə E. Eyvazov vurğulayıb.

Son xəbərlər

"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

Bütün xəbərlər