Orta məktəb şagirdi abituriyent intiharını filmə çevirdi – video













Bu filmi bir il öncə bir orta məktəb şagirdi çəkib. O zaman 10-cu sinifdə oxuyan (hazırda 11-ci sinifdədir) Ərhun Abbaslının “İmtahan” adlı filmi beynəlxalq səviyyəli müsabiqənin – NCCC film festivalının finalına çıxıb, mükafata layiq görülüb.

8,32 dəqiqəlik bu filmdə yeniyetmə və gənclərin imtahan öncəsində və imtahan vaxtı yaşadığı stresslər, sarsıntılar lentə alınıb.

Filmin qəhrəmanı olan və erkən gənclik dövrünü yaşayan tələbə verəcəyi imtahanlarla bağlı ailəsi tərəfindən o qədər gərginliyə, basqıya məruz qalır ki, sonda depressiyaya düşür və zəif çiyinləri bu ağırlığı qaldırmır və özünü hündürlükdən ataraq intihar edir.

Bu günlərdə bu film ona görə aktualdır ki, yenə qatıldığı imtahanın gərginlik və stressinə tablaşa bilməyən və imtahanda müvəffəq ola bilmədiyi üçün depressiyaya düşən, sonda öz canına qıyan gənclər olub.

Həmin hadisələr Sumqayıtda baş vermişdi, iki abituriyent imtahanda düçar olduği uğursuzluğa psixoloji baxımdan tab gətirə bilməmişdi.

Yaxın günlərdə başqa qruplar üzrə yenə imtahanlar olacaq. Təbii ki, yenə də 700 bal toplayanlarla yanaşı, çox zəif nəticələr göstərənlər də olacaq.

Bu təbiidir, çünki hamını zəkası, zehni, öyrənmək qabiliyyəti eyni deyil. Ancaq o demək deyil ki, çətin düsturları heç cür yadında saxlaya bilməyən bir gənc başqa bir sahədə müvəffəq ola bilməz. Tam əksinə, hər kəsin öz yaxşı bacardığı və sevdiyi işdən, sənətdən yapışması ona daha çox uğur gətirər.

Həm də hələ universitetə qəbul olunmaq hər şey deyil. Universitetə daxil olmaqla yanaşı, orada yaxşı oxumaq da şərtdir. Elə Ərhun Abbaslının filmində artıq tələbə adını qazanmış oğlan belə çətinliklərlə üzləşir və onu dəf edə bilmir.

Hər kəs keçid dövründə yaşayan gənclərə münasibətdə ehtiyatllı və həssas olmalıdır, onlara əlavə stress yaratmamalıdır. Yoxsa belə epizodlara filmdə yox, həyatda, lap yaxınlıqlarında rast olarlar. Necə ki, filmin sonunda da göstərildiyi kimi, hər il dünyada 200 minə yaxın gənc intihar edir. Bu faciəvi rəqəmin də 60 faizini məhz imtahan streslərinə dözməyən yeniyetmələrin özlərinə qıyması faktı təşkil edir.

Uşaqlar ölməsin…


Orta məktəb şagirdi abituriyent intiharını filmə çevirdi – video




Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər