Türkiyəyə qarşı “soyqırım kartı” – İsrail nə etmək istəyir? – ŞƏRH













ABŞ səfirliyinin paytaxt Təl-Əvivdən Qüdsə köçürülməsi Türkiyə ilə İsrail arasında münasibətlərin gərginləşməsinə səbəb olub. Artıq hər iki ölkənin səfirləri geri çağırılıb, siyasi qalmaqal qarşılıqlı ittihamlar fonunda davam edir. Belə məqamda İsrail tərəfi qondarma “erməni soyqırımı” məsələsini yenidən gündəmə gətirərək Türkiyəni hədələməyə başlayıb.
İsrail parlamentinin bəzi deputatları fürsəti əldən verməyərək “erməni soyqırımı”nı qəbul etmək üçün təkliflər irəli sürüblər. Hazırki durumda bunun nə dərəcə real olub-olmadığını söyləmək çətindir. Görünən odur ki, iki ölkə arasında siyasi gərginlik hələ uzun müddət davam edəcək.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, İsrail parlamenti bu dəfə də qondarma “soyqırımı” tanımayacaq. Onun fikrincə, irəli sürülən təkliflər təzyiq xarakterlidir.



“Türkiyə Qüds məsələsində çox həssasdır. Çünki həmin torpaqlar vaxtilə Osmanlı Türkiyəsinin nəzarətində olub. Ona görə də Türkiyə orada baş verənlərə görə özündə məsuliyyət hiss edir. Bu baxımdan İsraillə münasibətlər sərtləşir, gərginləşir. İsraildə bəlli mərkəzlər münasibətlərin zəifləməsi üçün Türkiyəyə qarşı müəyyən planlar həyata keçirmək istəyə bilərlər. Bu məqsədlə zaman-zaman İsrail parlamentində qondarma “erməni soyqırımı”nın tanınması məsələsi gündəmə gəlib. Hər dəfə də geri atılıb. Əvvəllər İsraildəki azsaylı erməni lobbisi və onun təsiri altında olan israilli deputatlar bu məsələdən Türkiyəyə qarşı istifadə etmək istəyiblər. Ancaq, buna nail ola bilməyiblər. Düşünürəm ki, bu dəfə də alınmayacaq. İsrail-Türkiyə münasibətləri nə qədər gərgin olsa da, orada anlayırlar ki, bütün ipləri qoparmaq düzgün olmaz”.

Politoloq qeyd edib ki, Türkiyə-İsrail münasibətlərində Azərbaycan amilini unutmaq olmaz: “Həmçinin burada Azərbaycan amili də var. Türkiyə ilə münasibətlər yaxşı olmasa belə İsrail-Azərbaycan münasibətlər yüksək səviyyədədir. İsraildə onu da anlayırlar ki, erməni lobbisinin istəyi ilə “erməni soyqırımı”nın tanınması Azərbaycanla münasibətlərdə müəyyən suallar yarada bilər”, – E.Şahinoğlu vurğulayıb.

Politoloq bildirib ki, belə xırda məsələlərlə Türkiyəyə təzyiq etmək mümkün deyil: “Düşünmürəm ki, bununla Türkiyəyə təzyiq etmək olsun. Neçə-neçə Avropa dövləti, ABŞ-ın bir neçə ştatı, Fransa “soyqırım”ın tanınması ilə bağlı qətnamə qəbul edib. Amma Ərdoğan Makronla əməkdaşlıq məsələlərini müzakirə edir. Türkiyə böyük dövlətdir və bölgədə də rolu böyükdür. Belə xırda məsələlərlə Türkiyəyə təzyiq etmək mümkün deyil. Lap İsrail parlamenti “soyqırımı” tanısa belə, bu heçnəyi dəyişməyəcək. Onlarla dövlət “soyqırım”ı tanıyıb, amma bunun Türkiyəyə zərrə qədər də təsiri olmayıb, olmayacaq da”.



Politoloq Fikrət Sadıqov qeyd edib ki, hazırda Türkiyə-İsrail münasibətləri ən gərgin, pik nöqtədədir: “İki ölkə arasında bir neçə hadisə baş verib, amma müəyyən müddətdən sonra bir araya gəliblər. Qüds məsələsi iki ölkə arasında yeni soyuqlaşma dalğasını başladıb. Hesab edirəm ki, bu gərginlik hələ uzun müddət davam edəcək. Belə vəziyyətdə onlar qarşılıqlı şəkildə hər ikisinin maraqlarına zidd addımlar atacaq. Artıq səfirlər geri çağırılıb. İndi yeni addımlar atacaqlar”.

F.Sadıqov hesab edir ki, qondarma “erməni soyqırımı”nın İsrail parlamentində tanınması istisna deyil.

“Münasibətlərin sabit dövründə də belə təşəbbüslər var idi. Yaranmış vəziyyət fonunda İsrail parlamenti qondarma “erməni soyqırmı”nı tanıyacaq. Amma bu heç bir hüquqi məna daşımır. Sadəcə iki ölkə arasındakı münasibətlər daha da gərginləşdirəcək. Yəni belə bir qərarın qəbulu ancaq iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərəcək”, – F.Sadıqov deyib. (AzVision.az)

Türkiyəyə qarşı “soyqırım kartı” – İsrail nə etmək istəyir? – ŞƏRH


Türkiyəyə qarşı “soyqırım kartı” – İsrail nə etmək istəyir? – ŞƏRH

Son xəbərlər

"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

Bütün xəbərlər