Murad Süleymanovu Müşfiq Nağıyevlə nə birləşdirir? – İTTİHAM













Aprelin 30-da Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində bir qrup şəxs mənşəyi məlum olmayan və dövlət qeydiyyatından keçirilməyən dərman preparatlarını ölkəyə gətirmək ittihamı ilə həbs olundu.

Həbs olunanlar içərisində Səhiyyə Nazirliyinə yaxın şəxslərin də olduğu da iddia olunurdu. Artıq bir neçə deputat və məmurun adı ölkəyə saxta dərman preparatları gətirməkdə hallanır. Burada səhiyyə nazirinin müavini Elsevər Ağayevin də adı xüsusu vurğulanır.

Səhiyyə Nazirliyi isə uzun müddətdir ki, gündəmə çevrilən məsələyə detallı münasibət bildirməkdən yayınır.

Məlumata görə, saxta dərman idxalı ittihamı ilə həbs olunan “Sanimed” MMC-nin faktiki rəhbəri Müşfiq Nağıyev Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanovun yaxın adamıdır. Onların hətta ortaq olduğu barədə də məlumatlar dolaşır.

Adının açıqlanmasını istəməyən mənbə bildirib ki, Müşfiq Nağıyevlə bağlı araşdırmalar Murad Süleymanovun də vəzifəsini itirməsi ilə nəticələnəcək.

“Murad Süleymanov əvvəllər Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin rəis müavini vəzifəsində çalışıb. Onun oradakı fəaliyyəti qaneedici olmayıb. Səhiyyə nazirliyinə gəlməsi isə xeyli suallar doğurub. Müşfiqlə münasibətinə gəlincə, həmişə bir yerdə olublar. Onları ancaq bahalı restoranlarda, şəhərin ən tanınmış yerlərində görmək mümkün idi”, – mənbə bildirib.

Səhiyyə Nazirliyindən mövzu ilə bağlı açıqlama almaq mümkün olmayıb.

Aprelin 30-da Baş Prokurorluğun yaydığı məlumatda isə deyilir ki, “Sanimed” MMC-nin faktiki rəhbəri Nağıyev Müşfiq Mikayıl oğlu cəmiyyətin satış şöbəsinin müdiri Orucov Hafiz Zülfüqar oğlu, satış təmsilçisi Kərimov Asim Rasim oğlu, “Epidbiomed” MMC-nin təsisçisi Əliyev Namiq Sabir oğlu, həmin şirkətin direktor müavini Məmmədov Kamal Əhmədiyyə oğlu və digər vəzifəli şəxslərlə əlbir olaraq tamah niyyətilə daha çox gəlir əldə etmək məqsədilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə təqribən 1 milyon manatdan artıq dəyərində 19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal ediblər.

Mayın 7-də Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsinin keçirdiyi birgə əməliyyat nəticəsində Yasamal rayonu ərazisindəki “İrem”, “Qlükoza”, “Avas”, “Fatimə”, Nəsimi rayonu ərazisindəki “Zeytun”, “Medical City”, “Elit”, “Vahid”, “Dokta Elite”, Nərimanov rayonu ərazisindəki “Şəfa”, “Şəfa Zeytun 426”, “Təbib” apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılıb.

Nəticədə Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülüblər.

(Mənbə: Arqument.az)

Oxunub: 1 131

Son xəbərlər

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər