maraqli
23.05.2018, 09:10
“İnstagram”da çoxlarının ürəyindən xəbər verən funksiya aktivləşdi

nstagram”da bir çox istifadəçinin gözlədiyi funksiya aktivləşdi.
“dogruxeber.tv” xarici KİV-ə istinadən xəbər verir ki, istifadəçilər izləmək istəmədiyi dostlarını “səssiz” (“Mute”) rejiminə qoya biləcəklər. Bu funksiya aktivləşdikdə həmin şəxsləri dostluqdan çıxarmadan paylaşımlarını izləməyi dayandıracaqsınız. Səssizləşdirdiyiniz hesab isə bunu bilməyəcək və istədiyiniz zaman həmin şəxsi yenidən “Mute” rejimindən çıxara bilərsiniz.
Qeyd edək ki, bu funksiya "Facebook" və "Twitter" sosial şəbəkələrində də var.


