Məmurlar Masallının Çayqıraq kəndinin sakinləri ilə orta əsr metodu ilə rəftar edir-ŞİKAYƏT













Masallı rayonunun Çayqıraq kənd sakini Rabil Abdinov Azinforum.az İnformasiya Portalına ünvanladığı şikayət məktubunda sözügedən kəndin pay torpaqlarının məmurlar tərəfindən zəbt edildiyini yazır. Kəndin hazırkı durumu ilə ətraflı tanış olmaq üçün Rabil Abdinovun şikayəti ilə tanış olmaq lazımdır. Azinforum.az həmin şikayəti olduğu kimi təqdim edir:

“Son illər ölkə başçısı kənd təsərrüfatının inkişafı istiqamətində bir sıra sərəncamlar imzalayıb. Bütün bunlarda yeganə məqsəd dövlətin kənd sakinlərinə maddi dəstək verilməsi və onların əkinçilik və maldarlığa meyilləndirilməsi təbdirlərinin həyata keçirilməsi olub. Lakin yerlərdə ölkə başçısının bu humanist addımını məmurlar şəxsi maraqlar naminə icra edirlər.
Belə ki, İcra Hakimiyyəti aparatının əməkdaşları vətəndaşlara məxsus pay torpaqları ŞAHƏNŞAHIN FƏRMAYİŞİDİR orta əsrlər prinsipinə uyğun özünküləşdirərək şumlayıb əkirlər. Vətəndaşlarla xəbərdarlıq etmədən, yerli ərazi nümayəndəliklərinin əli ilə sahələrə traktorları salıb oranı şumlayırlar. Bu göstərişin də onlara ölkə başçısı tərəfindən verildiyini bildirirlər.

Ölkə başçısı məmurlara bu torpaqların sahibkarlar və kənd sakinləri tərəfindən əkilməsinə köməklik göstərməsini tapşırıq verib, yoxsa bu məmurların özləri tərəfindən əkilməsinə göstəriş verib? İcra Hakimiyyətininin əməkdaşları və digər dövlət idarələrinin məmurları prezidentin adından sui-istifadə edərək bu torpaqları özləri əkərək daha da varlanmaq məqsədini güdürlər. Təki cibləri dolsun deyə, ölkənin qanunlarına, ən başlıcası isə prezidentin göstərişlərinə əməl etmirlər.

Bizim kəndimizin 120 hektar civarında əkinə yararlı torpaq sahəsi var. Bu məmurlar heç kimə xəbərdarlıq etmədən traktorlar vasitəsi ilə bu torpaqların 80 hektarına qədərini şumlayıblar. 6 hektar ərazidə kələm əkiblər. Qalan yerləri isə əkmək onlara nəsib olmayıb. Buna görə əhali bu il heyvanları yemləmək üçün qış tədarükü də edə bilməyib. Hazırda quru ot tapmaq uğrunda kəndimizdə mübarizə gedir. Bu ərəfədə İcra Hakimiyyəti əməkdaşları əkdikləri kələmi satışa çıxardıblar. Kələm əkdikləri yer üçün 1 hektarına 200 manat olmaqla sakinlərə qeyri-rəsmi formada pul da ödəyiblər.

Əhali isə onlara vurulan maddi ziyanı məmurlardan tələb edir. Yəni şumlayıb lakin əkmədikləri sahə üçün onlara vəd edilən pulu tələb edirlər. Bir-neçə dəfə kənd sakinləri ilə İcra Hakimiyyəti əməkdaşları arasında mübahisə olub. Onlar da yerli polis idarəsinin əməkdaşları vasitəsi ilə kənd sakinlərini bir-bir zərərsizləşdirirlər. Belə mübahisələrdən biri də bu gün olub. Yenə də polis əməkdaşları sahəyə cəlb edilib və 3 nəfər polis bölməsinə aparılıb.



Kəndimizdəki əkin sahəsindəki kələmi satışa çıxardan məmurun kimliyi artıq bilinir. Bu adam Masallı İH-də defakto ikinci adam olan Nəsir Muxtarlıdır. Onun qardaşı DSMF-in Masallı şöbəsində işləyən Şaiq Muxtarlı bu gün sahədəki kələmləri satan zaman sakinlərin maddi ziyanı tələb etməsi zamanı insidentin qəhrəmanı olub. Sakinlərdən polisə şikayət edən də o olmuşdur.

Çox maraqlıdır. Bu gün iş yerində olmalı olan bu şəxs Çayqıraq kəndindəki kələmlikdə nə işi var imiş? Öz hündür avtomobili ilə kəndin nahamar yollarında onu şütüməyə nə vadar edib?

O, kənd sakinlərini “BURA NARDARANA DÖNÜB, MƏN SİZİN ÜÇÜN İH-nin DİGƏR MƏMURU DEYİLƏM”- deyərək, hədələyib. Görəsən öz doğulduğu HƏSƏNLİ kəndi hansı kriteriyalarına görə Nardarandan irəlidədir? Hətta sakinlərin haqlı tələbi qarşısında sükut edən məmurlardan birinə “SƏNİ İŞDƏN ÇIXARTDIRACAĞAM” – deyərək, hədə-qorxu da gəlib. O da maraqlıdır ki, kənd bələdiyyəsinin heç bir əməkdaşı əkin sahəsinə yaxın belə gəlmir. Hadisənin audio və video görüntülərinə baxanda insanı dəhşət bürüyür. Doğurdanmı NƏSİR deyilən bu varlıq belə dəhşətlidir ki, hətta onun qardaşı belə insanları polislə və vəzifədən çıxartmaqla hədəliyə bilir? Doğurdanmı bu adam özünü NARDARAN kəndini misal gətirmək cürətində bilir?

Görəsən, yeni təyin olunan Kənd Təsərrüfatı və Sosial Müdafiə nazirləri hara baxır?

Bir-neçə gün öncə kənd əhalisindən əvəz çıxmaq üçün İcra Hakimiyyəti əməkdaşları güya sənədsiz və pay torpaqlarda tikilən evlərin sökülməsi ilə əlaqədar kənddə reyd keçirdiblər. Məmurlar etiraz edən sakinlərə təkrar-təkrar NARDARAN ƏHALİSİNDƏN ZİRƏKSİNİZ? deməklə onları daha da qıcıqlandırırlar.

Nəsir Muxtarlı və Masallı İH-nin digər əməkdaşları barədə növbəti yazılarımda daha ətraflı…Ümid edirəm bu Masallı İcra Hakimiyyətinə vicdanını itirməyən bir-sıra əməkdaşlar hələ yox deyil… Onu da ümid edirəm ki, öz hərəkətləri ilə ölkə prezidentinin ayağının altını qazan dövlət məmurları öz hədlərini biləcəklər…”

Şikayət məktubunda adları qeyd olunan şəxslərin də mövqeyini dinləməyə hazırıq.

Azinforum.az

Məmurlar Masallının Çayqıraq kəndinin sakinləri ilə orta əsr metodu ilə rəftar edir-ŞİKAYƏT

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər