Şəhid anasına qarşı icra hakimiyyəti başçısının ədalətsizliyi..!! VİDEO

Şəhid anasını 10 il aldadan rayon icra hakimiyyətinin başçısı hansı maraqlara xidmət edir bilinmir?
Ağsu rayon sakini şəhid anası Zamanova Həcər Ağaməmməd qızı dogruxeber.tv informasiya agentliyinin redaksiyasına müraciət etmişdir. Müraciət ilə bağlı Ağsu rayonuna ezam olunmuş saytın baş redaktoru K.Əsgərov şəhid anası Z.Həcər xanım ilə görüşüb vəziyyəti ilə yaxından tanış olaraq müsahibə almışdır. Şəhid anası qeyd edir ki,10 ildir əzab -əziyyət içindədir və bu barədə rayon icra hakimiyyətinin başçısı Ənvər Seydəliyevə desə də təəssüflər olsun ki, rayon rəhbəri heç bir köməklik göstərməyib.Şikayətçi hətta onu da qeyd edir ki,vəziyyətinin ağır durumda olduğu barədə Azərbaycan Respublikasının birinci Vitse Prezidenti Mehriban Əliyevaya məktub ilə müraciət edib. Şəhid anası Z.Həcər xanım deyir ki, “məktubun cavabı rayon icra hakimiyyəti orqanına gəldikdən sonra evimə nümayəndə göndərib durumum ilə tanış oldular. Sonra ,gələn insanlar mənə bildirdilər ki, tez bir zamanda sizə köməklik ediləcək deyə ,deyib getdilər”. Şəhid anası Z.Həcər xanım bildirdi ki,icra hakimiyyəti orqanı tərəfindən gələn nümayəndələrin gedişindən 10 il keçdi,amma zərrə qədər olsun köməklik etmədilər. Şəhid anasının durumu ilə bağlı saytın baş redaktoru K.Əsgərov rayon icra hakimiyyəti orqanına gedərək, Z.Həcər xanımın şikayəti ilə bağlı münasibət bildirmələrini istədi. Təəssüflər olsun, rayon icra orqanı tərəfindən bununla bağlı heç bir münasibət bildirməmək ilə yanaşı hətta jurnalistə qarşı kobud ifadələr işlətməkdən belə,çəkinməyiblər. Görünür ki, rayon icra hakimiyyətinin başçısı Ənvər Seydəliyev yaşlanıb və unudub ki, ölkə prezidenti cənab İlham Əliyev hər zaman müşavirələrində qeyd edir ki,icra başcılarını vəzifəyə təyin etdikdə birinci onlara xalqa xidmət etməklərini və xalqın xidmətində durmaqlarını əmr edir. dogruxeber.tv informasiya agentliyinin baş redaktorunun Ağsu rayonunda əhalinin durumunu gördükdə isə ölkə prezidentinin göstərişlərinin tam əksinin şahidi olub.
Görəsən Ağsu rayon icra hakimiyyətinin başçısı ölkə prezidentinin göstərişlərinə əməl etməməklə nə demək istəyir ? Ölkə prezidentinə xəyanət edir, yoxsa rayon sakinlərini əzab- əziyyət içində görməyi onu xoşhal edir ?
Davamı gələn bolümümüzdə deyiləcək , hansı cinayət hadisələrində rayon rəhbərinin adı hallanır..!!??
dogruxeber.tv


