Yeni nazir İnam Kərimov Əbülfəz Məlikovu çək-çevirə sala bilər… – “Fermer evləri” layihəsi niyə dayandı?











Bir neçə gündür ki, yerli KİV-lərdə “Trans-Broker” MMC-nin sabiq sədri Əbülfəz Məlikovla ilginc faktlar təqdim olunur. Məlumatlarda deyilirdi ki, əslində gömrükdəki özbaşına sistemi səbəbindən dövlət büdcəsinə külli miqdarda ziyan vuran bir şəbəkənin rəhbəri olmuş Əbülfəz Məlikov həbs olunmaq əvəzinə bu gün kəndli-fermerin dostu kimi ictimaiyyətə təqdim olunmaqdadır. Daha doğrusu, bu ad altında gizlənməkdədir. Amma adamın özünün hazırki halından məmnun olmadığı da deyilir və bildirilir ki, son illərdə əli böyük pullarla oynamış Əbülfəz Məlikov bu gün əslində yeni missiyasında çox problemli görünür.

Bu barədə Dia.az-a danışan mənbə bildirir ki, uzun illər ərzində “Trans-Broker” MMC adı altında Məlikov cənabları təxminən 400 milyon dollarlıq bir sərvət əldə edib, indi isə ona yeni vəzifəsində – “Gilan Holdinq”in kənd təsərrüfatı sektorunun müdiri postunda əslində gömrükdən büdcəmizə ötürülməli olan və onun tərəfindən mənimsənilən pulları xərcləmə missiyası həvalı olunub. Amma edirmi?

Mənbə açıqlamasında bildirir ki, Əbülfəz Məlikov hələ bir neçə il əvvəl “yuxarılara” verdiyi vədi demək olar ki, “unudub”. Mənbənin söylədikləri: “Ayrı-ayrı rayonlarımızda “Fermer evi” yaradılmalı idi. Bu məqsədlə Məlikov bir neçə milyonundan keçməli idi. Amma etmədi”.

Qeyd edək ki, pilot layihə olan “fermer evləri”nin gələcəkdə respublikanın bütün rayonlarında yaradılması nəzərdə tutulurdu. Fermerlər qarşılaşdıqları problemlərin həllini həmin evlərdə tapmalı idilər. Orada fermerlərə müəyyən məsləhətlər veriləcək, yardım göstəriləcək və onlara açıq dəstək veriləcəkdi.

Amma olmadı. Çünki Məlikov rəsmən hökumətə “atdı”. Mənbə dia.az-a bildirir: “Bu zaman başa düşmədi ki, təkcə özünü yox, onunla bağlı “yuxarılara” təminat verən səlahiyyətli şəxsi də zərbə altında qoymuş olur. Və indi də problemlər qabara bilər ki, bu da Məlikovun birdəfəlik “silinməsinə” gətirib çıxaracaq”.

Onu da bildirək ki, artıq yeni kənd təsərrüfatı nazirimiz İnam Kərimov da “Fermer evləri”nə maraq göstərməyə başlayıb. Yəqin bu da Əbülfəz Məlikovun “silisə” çəkilməsini daha da sürətləndirəcək. Yəni nazir soruşa bilər ki, hanı bu evlər…

Mövzu diqqətimizdədir. Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. Qarşı tərəfin fikirlərini yaymağa hazırıq…

Oxunub: 1 053

Son xəbərlər

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər